Direktor müavini mühafizəçini döyərək öldürübmüş - DETALLAR

Direktor müavini mühafizəçini döyərək öldürübmüş - DETALLAR

Müsavat Partiyasının fəal üzvlərindən olan Natiq Mehdinin qətlə yetirilməsi​ ilə bağlı bəzi detallar üzə çıxıb.

 

 Sfera.az bildirir ki, “Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə mayın 9-da Xətai rayonu 55 saylı orta məktəbin binasında baş verib.

 

Həmin gün axşam saatlarında məktəbin mühafizəçisi 1964-cü il təvəllüdlü Natiq Mehdi ilə məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) 1966-cı il təvəllüdlü Elsevər İslamov arasında mübahisə olub.

 

Şəxsi münasibətlər zəminində baş vermiş mübahisə daha sonra münaqişəyə çevrilib. Direktor müavini saat 23 radələrində, yəni məktəbdə heç kimin olmadığı vaxt Natiq Mehdiyə əl və ayaqları ilə zərbələr endirib. Ağır xəsarətlər alan 60 yaşlı şəxsin huşsuz vəziyyətdə qaldığını və vəfat etdiyini görən Elsevər İslamov daha sonra onun meyitini avtomobilə yerləşdirib. İdmanla məşğul olan şübhəli şəxs N.Mehdinin nəşini Xəzər rayonu ərazisində boş sahəyə apararaq gecə saatlarında basdırıb.

 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə işi başlanıb. Elsevər İslamov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...