Qalmaqallı tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir - Nəsimi rayonunda qalmaqal

Qalmaqallı tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir - Nəsimi rayonunda qalmaqal

Mütəmadi olaraq qalmaqallı xəbərlər və vətəndaşların hüquqlarını pozması ilə gündəmə gələn “Pilot-16” tikinti şirkəti narazılıq yaratmaqda davam edir.

 

Sfera.az xəbər verir ki, bu barədə Editor.az-a açıqlamasında şirkətin “Eleven Residence” yaşayış kompleksi tikməyə çalışdığı Nəsimi rayonu, Novruzov qardaşları küçəsinin bir qrup sakini məlumat verib.

 

Onların sözlərinə görə, şirkətin rəhbəri Aslan Quliyev sakinlərlə heç bir danışığa getmədən, müzakirələr aparmadan onları qeyri-adekvat şərtlər altında zorla 100 ilə yaxındır yaşadığı evlərdən çıxartmağa çalışır. Sakinlər bildirirlər ki, qalmaqallı şirkət bu məqsədlə Nəsimi rayon məhkəməsinə müraciət edib.

 

Sözügedən məhkəmədə keçirilən ilk iclas prosesində bəlli olub ki, şirkət məhkəməyə verdiyi şəxslərin hansı ünvanda, hansı şəraitdə yaşadığı barədə ümumiyyətlə məlumatsızdır və məhkəməyə qədər prosesdə onlarla hər hansı müzakirələr aparılmayıb.

 

İclasda hakim Ceyhun Tağıyev şirkət təmsilçilərinə növbəti prosesə qədər vətəndaşlarla görüşərək sökülməsi tələb olunan evlərə yerində baxış keçirməklə bağlı tövsiyyə verib.

 

Sakinlər qeyd edir ki, uzun müddətdir ərazidə etdiyi qanunsuzluqlara baxmayaraq cəzalandırılmayan şirkət bundan güc alaraq məhkəmənin də tövsiyyəsini heçə sayır. Şirkət nümayəndələri müxtəlif dairələrdə məhkəmə prosesinin artıq həll olunduğu, sakinlərlə danışığa ehtiyac olmadığı haqqında rəy yaratmağa çalışır. Sakinlər “Pilot-16” tikinti şirkətinin bir qrup vətəndaşı zorla evindən çıxartmaq istəyi ilə bağlı ölkə rəhbərliyindən dəstək xahiş edir.

 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...