Logo

Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan qadın xilas edildi - VİDEO

Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan qadın xilas edildi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yardımlı rayonu, Masallı-Yardımlı avtomobil yolunun 17-ci kilometrliyində dağlıq  ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Sfera.az FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri xilasetmə işlərinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, dağlıq ərazidə 1991-ci il təvəllüdlü E.Şəfiyeva ayağından zədə alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər 1 km hündürlüyü olan ərazidən vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR