Yaşlı insanlar niyə intihar edirlər? - AÇIQLAMA

Ötən gün Respublikanın sabiq baş pediatrı, professor Nəsib Quliyevin intihar etməsi gündəm olub. Bu xəbərdən sonra daha çox müzakirə obyekti olan məsələ isə məhz yaşlı insanların intihar etməsi ilə bağlı idi.
Təəssüf ki, müəyyən yaşa çatmış, 60, 70, 80 yaşlarında şəxslər belə yaşamaqdan imtina edirlər. Bunu daha çox tənhalıqla və ya bezmişliklə əlaqələndirirlər.
Yaşlı insanlar niyə intihar edirlər?
Bununla bağlı Sfera.az-a açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov deyib ki, intihar düşüncəsi maddi və ya mənəvi tükənmişlikdən formalaşır:
“İntihar ani qərar deyil, planlaşdırılmış nəticədir. İntihar etmək istəyən şəxs müəyyən müddət ərzində bu haqda düşünür. İlk olaraq bunun düşüncəsi yaranır, daha sonra reallaşır. Yaşlı insanların intihar etməsi ilə bağlı isə şəxsin artıq fiziki dözümsüzlüyü əsas rol oynayır. Məsələn, burada hansısa xəstəlik də ola bilər, gecikmiş psixoloji pozuntu da..”.
Müsahibimiz bildirib ki, şəxsin ətrafında baş verən hadisələrin intihar düşüncəsini şiddətləndirməsi mümkündür:
“Bu düşüncə hər kəsdə ola bilər. Lakin bunu tətikləyən hadisələr var. Şəxsin niyə intihar etməsi artıq hüquqi prosesdir. Yəni intihara qədərki mərhələ psixoloji, sonrakı mərhələ isə hüquqi mərhələdir”.
Günay