Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak edir.


Sfera.az xəbər verir ki, çörək istehlakına dair göstərici ölkənin bütün regionları üzrə eyni deyil. Bəzi regionlarda istehlak miqdarı daha yüksək, bəzilərində isə daha aşağıdır. 


Bəs Azərbaycanda ən çox və ən az çörək istehlak edən regionlar hansılardır?


Rəsmi məlumatlara əsasən, ölkəmizdə ən az çorək və çörək məhsulları Bakıda istehlak edilir. Bakı sakinləri il ərzində adambaşına 118 kq çörək yeyirlər. 


Bakıdan sonra ən az çörək istehlak edən regionlar Qazax-Tovuz, Naxçıvan Muxtar Respublikası və Abşeron-Xızı regionudur. 


Qazax-Tovuz regionunda (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz) əhali ildə 125 kq, Naxçıvanda 127 kq, Abşeron-Xızı regionunda (Abşeron və Xızı rayonları, Sumqayıt şəhəri) 128 kq çörək istehlak edib. 


Bəzi regionlarda çörək istehlakı respublika üzrə orta göstəricidən xeyli yüksək olub. Bu baxımdan öndə gələn regionlar Quba-Xaçmaz (Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən) və Qarabağdır (Ağdam, Ağdərə, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər). 


İl ərzində Quba-Xaçmazda yaşayan insanlar 155,4 kq, Qarabağ əhalisi isə 155 kq çörək istehlak ediblər. 


Adıçəkilən regionlarla yanaşı Gəncə-Daşkəsən (144,6 kq), Mərkəzi Aran (142 kq), Dağlıq Şirvan (142 kq) çox çörək istehlak edən regionlardandır. 


Müqayisədən görünür ki, Azərbaycanda ən az çörək yeyilən regionla (Bakı), ən çox çörək istehlak edilən region arasında adambaşına düşən fərq 37 kq-dan çoxdur. 

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

80-90-cı illərdə doğulanların tamamilə fərqli bir nəsil olduğunu göstərən faktlar

Onlar 1980-ci ildə doğulanlarla başlayan və 1990-cı illərin ortalarında doğulanlara qədər davam edən möhtəşəm nəsildir. Elə bir zamanla qarşılaşıblar ki, bu bəz...

Çiyələyin bəzi sortlarının üzünə həsrət qala bilərik… - VİDEO

Sabirabad çiyələyi təbii şəkildə yetişdirildiyinə görə, tam keyfiyyətli hesab olunur.   Hazırda da Sabirabadın Həşimxanlı kəndində çiyələk yığımı dav...

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bakının Xətai rayonunda yerləşən Cavanşir yolötürücüsü sökülə bilər.   Sfera.az xəbər verir ki, bununla bağlı Xəzər TV-də süjet yayımlanıb.  ...

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Bakının Suraxanı rayonunda ailə məişət zəminində dava zamanı qadın bıçaqlanıb.   Sfera.az-ın məlumatına görə, hadisə Əmircan qəsəbəsində qeydə alınıb...

İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər

Fələstinin HƏMAS hərəkatı ilə İsrail tərəfi arasında Qəzza zolağında nizamlanmaya dair razılıq əldə etmək üçün Qahirədə daha bir neçə günlük danışıqlar tələb ol...

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

İspaniya La Liqasında 2023/2024-cü illər mövsümünün qalibi bəlli olub.   Sfera.az xəbər verir ki, "Real Madrid" sona 4 tur qalmış çempionlu...