Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - RƏQƏMLƏR

Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - RƏQƏMLƏR

2023-cü ildə Azərbaycan əhalisinin aylıq adambaşına xərcləri 348 manata yüksəlib. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, şəhər yerlərində adambaşına xərclər 362 manat, kənd yerlərində 332 manat olub. 


Əhali ərzağa daha çox pul xərcləyir. Ötən il qida məhsullarına xərclənən pul 155 manat təşkil edib. Digər xərclərin heç biri ərzaq qədər yüksək olmayıb. 


Əhali ayda adambaşına kommunala (su, işıq, qaz və digər yanacaq növlərinə) 28 manat, ev əşyaları, məişət texnikası və evə gündəlik qulluğa 27 manat, mehmanxana, kafe və restorana 24 manat, nəqliyyata 23 manat, paltar və ayaqqabıya 20 manat, səhiyyə xidmətlərinə 18 manat, istirahət və mədəniyyət xidmətlərinə 14 manat, rabitə xidmətlərinə 11,5 manat pul xərcləyib. 


Qruplaşdırdıqda əhalinin xərclərinin 42,7 faizi ərzaq, 29,3 faizi qeyri-ərzaq, 28 faizi isə xidmətlərə çəkilən xərclərdən ibarət olub. 


2020-ci illə müqayisədə ərzaq və qeyri-ərzaq xərclərinin artması, pullu xidmətlərin isə payının azalması müşahidə edilib.


Vasif
 
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...