Gəncədə qanunsuz tikililərin qarşısı alındı

Gəncədə qanunsuz tikililərin qarşısı alındı

Gəncə şəhərində bir neçə qanunsuz tikintinin qarşısı alınıb.

 

Sfera.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin Əmlak Məsələlər Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə növbəti monitorinq keçirilib.

 

Aparılan monitorinqlər zamanı, müvafiq icazəverici sənədləri olmadan daha bir neçə yaşayış və qeyri-yaşayış sahəsinin tikintisinin aparıldığı aşkarlanıb. Belə ki, şəhərin Nizami Gəncəvi prospektində (Gəncə Hava Limanı istiqamətində), Azərbaycan əsgəri küçəsində və Gülüstan yaşayış massivində (48 saylı yaşayış binasının arxasında) qanunsuz inşa edilən obyektlərdə tikinti işləri dayandırılaraq, söküntüsü təmin edilib.

 

Qeyd edək ki, şəhər ərazisində bu kimi tədbirlər mütəmadi olaraq davam etdiriləcək.


OXŞAR XƏBƏRLƏR

Hüseyn Cavid prospektində yaşayış binası yanır

Paytaxtın Yasamal rayonunda yaşayış binasında yanğın başlayıb.   Sfera.az xəbər verir ki, hadisə metronun “Elmlər Akademiyasi” stansiyası...

Boşanma zamanı kredit borclarını kim ödəməlidir? - Vəkil AÇIQLADI

Ailə münasibətlərində baş verən dəyişikliklər, xüsusilə boşanma, tərəflərin həyatında həm psixoloji, həm də maliyyə baxımından yeni vəziyyətlər yaradır. Bu pros...

200 dövlətdən neçəsi Rusiyaya ümid olub ayaqda qalır?

“Rusiya tərəfindən pomidor və Azərbaycanın digər kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulması çağırışları çox yersizdir”.   S...

ABŞ-da azərbaycanlı mədəniyyət xadimlərinə medal verildi

Komitə əməkdaşlarının ABŞ-yə səfəri zamanı Nyu York şəhərində fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin (National Music & Global Cul...

Ölən direktor Hökümənin bibisi oğlu imiş - FOTO

Xəbər verdiyimiz kimi, Naxçıvanda məktəb direktoru Adim Yusibov faciəvi şəkildə ölüb.   Sfera.az metbuat.az-a istinadən xəbər verir ki, hadisə Orduba...

Əfqanıstanın Baş nazirinin müavini Füzulidə

Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qəni Baradar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Füzuli rayonun...