"İqlim dəyişikliyi hər il milyonlarla işçini öldürür" - BƏT

Beynəlxalq Əmək Təşkilatı (BƏT) iqlim dəyişikliyinin qlobal işçi qüvvəsi üçün ciddi sağlamlıq riskləri yaratdığını bildirən hesabat dərc edib. 


Sfera.az xəbər verir ki, BƏT-in məlumatlarına görə, iqlim dəyişikliyi qlobal işçi qüvvəsinin 70 faizinin, yəni 2,4 milyard işçinin səhhətində problem yaradır.


Bu gün açıqlanan hesabatda qeyd edilir ki, iqlim dəyişikliyi hər il 18 min 970 işçini öldürür, 2,1 milyon işçi isə həddindən artıq istilərlə əlaqədar istehsalat xəsarəti alır.

 

BƏT-in araşdırmasına görə, hər il minlərlə insan pestisidlərdən zəhərlənir, iş yerlərində havanın çirklənməsi, günəşin ultrabənövşəyi radiasiyası, parazit və vektor yoluxucu xəstəliklərdən ölür. 


Araşdırma göstərir ki, hər il 300 mindən çox kənd təsərrüfatı işçisi pestisid zəhərlənməsindən, 15 min işçi isə parazit və vektor yoluxucu xəstəliklərə məruz qalaraq həyatını itirib.


Hesabatda 1,6 milyard işçinin ultrabənövşəyi radiasiyaya məruz qaldığı və hər il 18 960-dan çox işçinin dəri xərçəngindən öldüyü qeyd olunub. Həmçinin 1,6 milyard insanın iş yerində havanın çirklənməsinə məruz qaldığı və açıq havada işləyənlər arasında hər il 860 minə qədər işçinin öldüyü bildirilib. 


Vasif


 


OXŞAR XƏBƏRLƏR