Yol polisi velosipedçilərə çağırış etdi

Yol polisi velosipedçilərə çağırış etdi

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) velosipedçilərə çağırış edib.

 

Bu barədə Sfera.az-a DİN-dən məlumat verilib.

 

Bildirilib ki, respublikanın və paytaxtın avtomobil yollarında velosipedçilər yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər. Onların avtomobil yolunun hərəkət hissəsində düzgün olmayan hərəkətləri təhlükə yaradır, qəza riskini artırır.

 

Həmçinin vurğulanıb ki, yollarda xüsusi velosiped zolaqları olmadıqda velosipedçilər yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməlidir.

 

“Velosipedçilər təhlükəsizlik dəbilqələrindən istifadə etməli, yol hərəkəti qaydalarını bilməli və yerinə yetirməli, xüsusilə yolun hərəkət hissəsində xaotik hərəkətlərdən çəkinməlidirlər. Diqqətə çatdırırıq ki, velosipedçilər tərəfindən yol hərəkəti qaydalarına ciddi riayət edilməli, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliklərinə məsuliyyətlə yanaşmalıdırlar. Qaydalara əməl etməyən velosipedçilər qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar”, - məlumatda qeyd olunub.


OXŞAR XƏBƏRLƏR

Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu

Müştərilərə bir-birindən maraqlı mükafatlar qazandıran Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim edilib. 5 iyun 2025-ci il tarixində keçirilən canlı tir...

Pezeşkian həmin sənədi imzaladı

İran Prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyi (ABEA) ilə əməkdaşlığı dayandıran Fərman imzalayıb.   Sfera.az xəbər verir ki, bu ...

Fransızlar üzr istədi - Eyfelə görə...

Fransada şiddətli istilər səbəbindən Eyfel qülləsinin zirvəsi iki günlüyünə turistlərin ziyarətinə bağlanıb. Rəsmilər vətəndaşlara və turistlərə günəşdən qorunm...

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...