Logo

Şəhid Ülvi Bağırovla vida mərasimi KEÇİRİLİR - FOTO

Şəhid Ülvi Bağırovla vida mərasimi KEÇİRİLİR - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlunun nəşi bu gün doğulduğu Salyan rayonuna gətirilib.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, şəhidlə boya-başa çatdığı evdə vida mərasimi keçirilir. Cənazə namazı qılınıb və bütün şəhidlərin ruhuna dualar oxunub.

Vida mərasimində Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəsmiləri, veteran və qazilər, şəhidin döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror tədbirləri zamanı ağır yaralanmış Ü. Bağırov aprelin 7-də müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Fotolar2

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR