Bayram gününün hava proqnozu AÇIQLANDI

Bayram gününün hava proqnozu AÇIQLANDI

Azərbaycanda martın 20-də havanın arabir yağıntılı olacağı, rayonlara qar yağacağı gözlənilir.

 

Bu barədə Sfera.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində leysan xarakterli, intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

 

Azərbaycanın rayonlarında da bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru qərb rayonlarında yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 3-8° isti, gündüz 9-14° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-2° şaxta olacaq.


OXŞAR XƏBƏRLƏR

Putinin andiçmə mərasiminin tarixi MƏLUM OLDU

Rusiyada 15-17 may tarixlərində keçirilən Prezident seçkilərində qalib gəlmiş hazırkı dövlət başçısı Vladimir Putinin andiçmə mərasimi mayın 7-nə planlaşdırılır...

Məşhur müğənninin qohumu sevgilisi tərəfindən ÖLDÜRÜLDÜ - FOTO

Türkiyədə Ömər Öktem tərəfindən güllələnərək öldürülən Selin Yalının məşhur müğənni Yalının qohumu olduğu üzə çıxıb.   Sfera.az xəbər verir ki, bu b...

"Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur" - Sahibə Qafarova

Fransa regionda sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin...

Elektron siqaretlər hamilə qalmaq şansını AZALDIR

Elektron siqaretlər hamilə qalmaq şansını azaldır.   Sfera.az xəbər verir ki, bu barədə London Universitetinin alimləri araşdırma aparıblar. &nbs...

Sabah 32 dərəcə isti olacaq

Aprelin 28-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Ən dürüst bürclər - Heç vaxt yalan danışmırlar

Astroloqların araşdırmalarına görə, bəzi bürclər həmişə ətrafındakı insanlara qarşı dürüst davranırlar. Yalan danışmağı heç sevmirlər.   Sfera.az&nbs...