Oruc tutanların DİQQƏTİNƏ! - Bu əməllərdən UZAQ DURUN

Oruc tutanların DİQQƏTİNƏ! - Bu əməllərdən UZAQ DURUN

 “Orucu yalnız qida və maye qəbul etmək pozmur. İnsanların haqqına girmək, yalan danışmaq, insanları aldatmaq, dedi-qodu ilə məşğul olmaq, xəbər aparıb-gətirmək və digər günah əməllər də orucu pozur”.

 

Bunu Sfera.az-a açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru, deputat Ceyhun Məmmədov deyib. O qeyd edib ki, oruc cismən, fikrən və əmələn tutulmalıdır.

 

“Məhəmməd Peyğəmbər (s) buyurub: "Kim yalan danışmaqdan və bu yalana əməl etməkdən əl çəkməsə, yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur".

 

İslam ibadətlərinin əsas məqsədlərindən biri insanların mənən saflaşması, paklaşması və günahlardan arınmasıdır. Bir sözlə, oruc yalnız mədə ilə deyil, əməllə də tutulmalıdır”.

 

C.Məmmədov bildirib ki, əgər bir insan oruc tutursa, ancaq bu, onun əməllərində özünü göstərmirsə, onun bütün günü ac qalmasına Allahın ehtiyacı yoxdur.

 

Günay


OXŞAR XƏBƏRLƏR