Logo

“Azərbaycanlı olmağımla qürur duyuram” - Tamer Karadağlı

“Azərbaycanlı olmağımla qürur duyuram” - Tamer Karadağlı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Yaxın zamanda Azərbaycana səfərim olacaq. Azərbaycanla Türkiyə arasında teatr sənətinin inkişafı ilə bağlı, eləcə də çox darıxdığım ata-baba torpaqlarımızı görməyə gedəcəyəm. Əslən azərbaycanlı olmağımla qürur duyuram”.

Sfera.az xəbər verir ki, bunu “Report”a Türkiyə Dövlət Teatrları Baş İdarəsinin rəisi Tamer Karadağlı bildirib.

T.Karadağlı Ankarada keçirilən Türkiyə-Azərbaycan 3-cü Müştərək Toplantısını da dəyərləndirib.

“Türkiyə ilə Azərbaycan arasında qurulan əlaqələr qarşıdakı müddətdə daha da yüksələcək. Əməkdaşlıq mübadiləsi davam edir, mədəniyyət sahəsində də həmçinin. Bu baxımdan, toplantı da çox məhsuldar keçdi”, - o vurğulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR