Siçovulun dişlədiyi şagirdin məktəbindən REPORTAJ – Göyçayda gördüklərimiz + FOTOLAR (VİDEO)

Siçovulun dişlədiyi şagirdin məktəbindən REPORTAJ – Göyçayda gördüklərimiz + FOTOLAR (VİDEO)
Kateqoriya məlum deyil
T

Göyçaya səfərimiz 4 illik fasilədən sonra yenidən təşkil edilən nar festivalında iştirak etmək məqsədi daşıyırdı. Amma bayram əhvalına heç uyuşmayan məktəb binası təsadüfən diqqətimizi cəlb etdi və sözün əsl mənasında uçmaq təhlükəsi qarşında olan məktəblə yaxından tanış olmaq qərarına gəldik.

 

Üzərindəki lövhə olmasaydı buranın məktəb olduğunu, bu uçuq binada hələ də təhsil verildiyini təxmin etməzdik. Qorxu filmlərindəki vahiməli məkanları andıran bina uzaqdan diqqətimizi çəkmişdi. 

 

Sfera.az-ın reportyor qrupu dərhal fəaliyyətə keçdi və öyrəndik ki...

 

Heydər Əliyev prospektində yerləşən 9 № li tam orta məktəb 1964-cü ilin sentyabr ayında Göyçay şəhər 1 nömrəli tam orta məktəb kimi fəaliyyətə başlayıb. 1991-ci ildə məktəbin adı dəyişdirilərək Göyçay şəhər 9 № li tam orta məktəb adlandırılıb.

 

 

Məktəb fəaliyyətə başladığı dövrdə 1200 şagird üçün nəzərdə tutulsa da, hazırda məktəbdə 400-ə yaxın şagird təhsil alır, çox böyük potensialı olan məktəbin binası əsaslı təmir edilmədiyindən hazırda dağılmaq və uçmaq təhlükəsi qarşısındadır.

 

Məktəbin sinifləri çox bərbad, damı yararsız vəziyyətdədir. Buna görə yağış suları otaqlara axır, siçovul və həşəratlar siniflərə dolur. Hətta siçovul şagirdlərdən birinin paltarına daxil olaraq ona xəsarət yetirib. Divarlarda quşlar yuva qurub. Binanın üçüncü mərtəbəsi isə təmamilə istifadəyə yararsızdır. Təhlükənin miqyası o qədər böyükdür ki, məktəbin üçüncü mərtəbəsində dərs keçilmir, buradan anbar kimi istifadə edirlər.

 

 

Qırıq pəncərələr sellofanla örtülüb, taxta qapılarda və döşəmədə hər an xəsarətə səbəb ola biləcək mismarlar var. Fotoqrafımız Anar Bayramlı həmin mismarlardan yayınmaq üçün kənara çəkilərkən yıxılmaqdan son anda qurtuldu. Amma burada hər gün dərslər keçirilir, azyaşlı şagirdlər hər gün təhlükələrlə bol olan bu binaya daxil olmaq məcburiyyətindədir.

 

İsitmə sistemi işləmədiyi üçün XXI əsrdə Göyçay şəhərinin mərkəzində fəaliyyət göstərən məktəbin sinif otaqları odunla qızdırılır. Dəhlizlərdə işıq yoxdur. Məktəbin idman zalı isə digər məktəblərin anbarı kimi istifadə olunur.

 

 

Bu səbəblərdən də valideynlər övladlarını yaşadıqları ərazidən uzaq, şagird sıxlığı yüksək olan məktəblərə göndərməyə məcbur olurlar. Bu, həm valideynlər üçün maddi itkiyə, həm də şagirdlər üçün vaxt itkisinə səbəb olur, nəticədə isə minlərlə şagird təhsildə geriləyir. 80-ə yaxın pedoqoji kollektiv də bu cür çətin və şəraitsiz məktəbdə fəaliyyət göstərir.

 

Həm məktəb rəhbərliyi, həm də valideynlər təmirlə bağlı dəfələrlə Elm və Təhsil Nazirliyinə müraciət edib. Rayon əhalisi 6 nömrəli məktəbin əsaslı təmirindən sonra növbənin 9 nömrəli məktəbə də çatacağına ümid edir. Lakin hələ də binanın nə vaxt təmir olunacağı barədə məlumat yoxdur.

 

Şagirdlər isə müharibə dağıntılarını xatırladan bu tikilidə təhsil almağa çalışır və günün birində onların məktəbləri ilə bağlı da sevindirici qərarın veriləcəyini gözləyirlər.

 

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Orxan

 

Fotolar: Anar Bayramlı

 

 

 

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Gallery image 24
Gallery image 25
Gallery image 26
Gallery image 27
Gallery image 28
Gallery image 29
Gallery image 30
Gallery image 31
Gallery image 32
Gallery image 33
Gallery image 34
Gallery image 35
Gallery image 36
Gallery image 37
Gallery image 38
Gallery image 39
Gallery image 40
Gallery image 41
Gallery image 42
Gallery image 43
Gallery image 44
Gallery image 45
Gallery image 46
Gallery image 47
Gallery image 48
Gallery image 49
Gallery image 50
Gallery image 51
Gallery image 52
Gallery image 53
Gallery image 54
Gallery image 55
Gallery image 56
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
Thumbnail 24
Thumbnail 25
Thumbnail 26
Thumbnail 27
Thumbnail 28
Thumbnail 29
Thumbnail 30
Thumbnail 31
Thumbnail 32
Thumbnail 33
Thumbnail 34
Thumbnail 35
Thumbnail 36
Thumbnail 37
Thumbnail 38
Thumbnail 39
Thumbnail 40
Thumbnail 41
Thumbnail 42
Thumbnail 43
Thumbnail 44
Thumbnail 45
Thumbnail 46
Thumbnail 47
Thumbnail 48
Thumbnail 49
Thumbnail 50
Thumbnail 51
Thumbnail 52
Thumbnail 53
Thumbnail 54
Thumbnail 55
Thumbnail 56
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR