“Şahdağ” Turizm Mərkəzi yay mövsümünə START VERİR

“Şahdağ” Turizm Mərkəzi yay mövsümünə START VERİR

“Şahdağ” Turizm Mərkəzinə yay mövsümünün başlanması ilə əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələri üçün iki günlük mediatur təşkil edilib.

 

Sfera.az bildirir ki, mediaturun məqsədi “Şahdağ“ Turizm Mərkəzinin yay turizminin inkişafı istiqamətində həyata keçirdiyi işlər, turistlərə göstəriləcək xidmətlər, eləcə də təqdim olunacaq turizm məhsulları və əyləncələr haqqında ictimaiyyəti məlumatlandırmaqdır.

 

Mediatur çərçivəsində KİV nümayəndələri üçün turizm mərkəzinin fəaliyyəti və potensialı ilə bağlı təqdimat keçirilib. Təqdimatda çıxış edən “Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov media nümayəndələrinə kompleksdə aparılan yenidənqurma və infrastruktur işləri, mərkəz ərazisində yerləşən hotellər və digər turizm obyektlərinin fəaliyyəti, qonaqlara təklif olunan yay əyləncə növləri, tədbirlər və gələcək planlar haqqında ətraflı məlumat verib.

 

Sədr hazırda qarşıya qoyulan əsas hədəfin mərkəzin təkcə qış turizmi baxımından deyil, ilin bütün fəsillərində fəaliyyət göstərən turizm mərkəzi kimi tanıdılması, eləcə də yerli və əcnəbi ziyarətçilərin sayının artırılması, müştəri məmnunluğunun yüksəldilməsi, həmçinin ölkədaxili və xarici tanıtım kampaniyalarının aparılması olduğunu diqqətə çatdırıb.

 

Rüstəm Nəcəfov Turizm Mərkəzinin ölkə xaricində geniş tanıtımı üçün bir sıra beynəlxalq sərgilərdə aktiv təşviqat işlərinin aparıldığını qeyd edib. Tədbirdə media nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb. Mediatur çərçivəsində KİV nümayəndələri turizm mərkəzində qonaqlara təklif olunan kanat yollarından, atraksionlardan və müxtəlif  yay əyləncələrindən istifadə ediblər.

 

Hazırda turizm mərkəzində qonaqlar kanat yolu, böyüklər və uşaqlar üçün kvadrosikl, bobkart, batut, off-road turlar, peyntbol, oxatma, paraplan, ziplayn, seqvey, “shahdag coaster”, atla gəzinti, velosiped əyləncələrindən istifadə edə bilərlər. Bu il  həmçinin mərkəz ərazisində olan göl də istifadəyə verilib.Burada qonaqlar həm üzə ,həm də  su əyləncələrindən istifadə edə bilərlər.

 

Qeyd edək ki, 2022-ci ilin statistik  məlumatlarına əsasən “Şahdağ” Turizm Mərkəzinə  109 minə yaxın ziyarətçi səfər edib, tabeliyində olan hotellərində 60 minə yaxın şəxs qonaqlayıb. Cari ilin yanvar-iyun aylarında turizm mərkəzini 70 minə yaxın şəxs ziyarət edib, hotel xidmətlərindən isə yerli və xarici turist olmaqla, 26 minə yaxın qonaq istifadə edib.

 


OXŞAR XƏBƏRLƏR

Fidan Qasımova ilə Nahidə Orucovanın nəvəsi dünyaya gəldi - VİDEO

Xalq artisti Fidan Qasımova ilə Əməkdar artist Nahidə Orucova nənə olublar.   Sfera.az bizim media-ya istinadla xəbər verir ki, bu haqda "Elgizl...

Dərslərin dayandırılmasına sahibkar səbəb olub - Nazirlikdən açıqlama

Mədəniyyət Nazirliyi Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbində dərslərin dayandırılması məsələsinə aydınlıq gətirib.   Sfera....

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər var. Noyabrın 1-dək hazır olacaq sənəddə təklif olunur ki, yeni artım zamanı iki meyardan istifadə edilsin....

İlham Əliyevin inanılmaz planı: 8 il öncə Ordumuz üçün "dəhliz"...

Bu gün Araz çayı üzərində inşa edilən "Qız Qalası" və "Xudafərin" su qovşağı və SES-in açılış mərasimi keçiriləcək. Mərasimdə İlham Əliyevlə...

Günel türk mediasına yeni biznesini AÇIQLADI

Müğənni Günel Zeynalova İstanbulda Vadistanbulda görüntülənib.   İfaçı jurnalistlərin suallarını cavablandırıb. Pandemiya dövründə evdə boş qalmadığı...

Ceremi Klarkson ikinci dəfə Britaniyanın ən seksual kişisi seçildi

Ceremi Klarkson Britaniyada yenidən ilin ən seksual kişisi seçilib.   Sfera.az xəbər verir ki, “Encounters” tanışlıq saytının illik sorğu...