Sabaha gözlənilən hava şəraiti açıqlandı

Sabaha gözlənilən hava şəraiti açıqlandı

 

İyunun 26-da gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi arabir güclənəcək.


Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti olacaq, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.


OXŞAR XƏBƏRLƏR