İşçiyə maaşın gecikməsinə görə ödəniş edilməsi halı necə müəyyənləşir? - AÇIQLAMA

İşçiyə maaşın gecikməsinə görə ödəniş edilməsi halı necə müəyyənləşir? - AÇIQLAMA

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Konstitusiya Məhkəməsində fərdi əmək mübahisəsi zamanı işçiyə əməkhaqqının gecikməsinə görə ödəniş edilməsi halı ilə bağlı sualları cavablandırıb.

 

Sfera.az bildirir ki, millət vəkili sözügedən ödənişlərin necə alınacağını açıqlayıb.

 

O qeyd edib ki, bu, fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir:

 

“Qərara əsasən, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödəniş verilməlidir.Bununla belə, əksər işçilər bu imkandan istifadə etmirlər və ya edə bilmirlər. İşçilərin bu hüquqlarının qorunması üçün vahid əmək müqavilələrinin hazırlanması və tətbiq olunması vacibdir. Həmin müqavilələrdə işçinin öhdəliyi ilə yanaşı, işəgötürənin əmək haqqını yubatması ilə bağlı tələblərin müəyyənləşməsinə və gecikdirilmiş hər günə görə bir faizinin hesablanmasının əmək müqaviləsinə daxil edilməsinə ehtiyac var.  Bu, bir tərəfədən işçinin öz hüquqlarını bilməsi baxımdan vacibdir, digər tərəfdən isə əmək mübahisəsi yaranan zaman ödənişin alınmasına imkan verə bilər”.

 

Deputat bildirib ki, belə müqavilələrlə işçilərin konstitutsional hüquqlarını tam qorumaq mümkün olar: “Bu, həmçinin əməkhaqqının gecikməsi zamanın işçilərin maaşlarına daha qısa müddətdə əlavələrin ödənilməsinə gətirib çıxara bilər”.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət etdi

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüş...

Nazir: "Türkiyə və Azərbaycan hərbçiləri üç ölkə ilə birlikdə hərəkət etməyə hazırdır"

Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan hərbi birlikləri birgə hərəkət etməyə hazırdırlar.   Sfera.az xəbər verir ki, bunu Qazaxıstan müda...