Minimum əməkhaqqı nə qədər olmalıdır? – ŞƏRH

Minimum əməkhaqqı nə qədər olmalıdır? – ŞƏRH

Azərbaycanda minimum əməkhaqqının səviyyəsi ilə bağlı fikir müxtəlifliyi hər zaman olub. Bəzi mütəxəsislər minimum maaşın müəyyən edilməsi zamanı onun yaşayış minimumundan yüksək olmasını, bəziləri isə orta əməkhaqqı səviyyəsinə yaxın götürülməsinin zəruri olduğunu bildirirlər. 


Bəs, minimum əməkhaqqı hansı meyarlarla müəyyən edilməlidir və ya hansı meyarlar əsas götürülərsə, daha ədalətli olar?


Maliyyə sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov Sfera.az-a bildirdi ki, Azərbaycanın daxili qanunvericiliyi minimum əməkhaqqı məbləğinin hansı meyarlar əsasında müəyyən edilməsini tənzimləmir:

 

“Lakin dövlətimiz bu məsələ üzrə iki beynəlxalq müqavilə əsasında üzərinə öhdəlik götürüb”, - deyən Ə.Həsənov həmin öhdəliklərə uyğun olaraq minimum maaşın tənzimlənməsinin vacib olduğunu vurğuladı:

 

“1992-ci ildə BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq paktına və 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşulmuşuq. Paktın 7-ci maddəsinə, Xartiyanın isə 4-cü maddəsinin 1-ci bəndinə əsasən, onlara qoşulmuş dövlətlər işçilərin əməyinin işçilərə və ailələrinə layiqli həyat səviyyəsini təmin edəcək dərəcədə ödənilməsi hüququnu tanıyırlar. Dövlət bu hüququn həyata keçirilməsinə digər tədbirlərlə yanaşı həm də qanunda maaşların müəyyən edilməsi yolu ilə nail olunmalıdır”.


Bəs, layiqli həyat səviyyəsi nədir?

 

Ə.Həsənov burada 2 meyarın əsas götürüldüyünü dedi və həmin meyarlar əsasında konkret nümunələrlə minimum əməkhaqqının məbləğinin izahını verdi:

 

“İlk növbədə yaşayış minimumunun məbləği əsas götürülməlidir. Yaşayış minimum bir insanın acından ölməməsi üçün lazım olan xərclərinin cəmini əks etdirir. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün isə 220 manat məbləğində müəyyən edilib. Tutaq ki, ailədə cəmi üç nəfər var: ər, arvad və uşaq. Onların toplam yaşayış minimumu məbləği 742 manat (261+261+220) təşkil edir. İşləyən təkcə ərdir və minimum əməkhaqqı məbləğində, yəni 345 manat maaş alır. Bu məbləğ ailənin yaşayış minimumu səviyyəsindən iki dəfədən çox azdır. Yəni, həm ər, həm də arvad işləsə belə, onların toplam minimum əməkhaqqı məbləği cəmi 690 manat təşkil edəcək. Açıq-aşkardır ki, 345 manat işçinin və ailəsinin layiqli həyat səviyyəsini təmin etmir.


Sosial hüquqlar üzrə Avropa komitəsi isə ümumiyyətlə hesab edir ki, layiqli həyat səviyyəsini təmin edən əməkhaqqı ölkə üzrə orta əməkhaqqının azı 60%-ni təşkil etməlidir (ölkədə yaşamağın qiyməti nəzərə alınmaqla). Dövlət Statistika Komitəsinin ötən ilin noyabrın 1-nə olan məlumatına əsasən, ölkə üzrə orta aylıq əməkhaqqı 827,9 manat təşkil edib. Həmin məbləğin 60%-i 496,74 manat təşkil edir. Komitənin qənaətinə görə, minimum əməkhaqqı orta aylıq əməkhaqqı məbləğinin 50%-dən (413,95 manat) az olduğu halda Xartiyanın layiqli həyat səviyyəsinə dair tələbi birmənalı pozulmuş olur. Bu, artıq yoxsulluq səviyyəsidir.
Müqayisələr göstərir ki, Azərbaycan minimum əməkhaqqı məbləğinə dair üzərinə götürdüyü beynəlxalq öhdəliyə riayət etmir. Həmin məbləğ 345 manat deyil, ən azı 413,95 manat olmalıdır”.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...