Logo

“Qurban Səidə” həsr olunmuş sərgidən - FOTOREPORTAJ 

“Qurban Səidə” həsr olunmuş sərgidən - FOTOREPORTAJ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gün Şirvanşahlar sarayı kompleksində “Əsəd bəy: Məşəqqəti-həyat” adlı beynəlxalq müasir incəsənət sərgisi baş tutub.

Sfera.az bildirir ki, 1905-ci ildə Lev Nussimbaum adı ilə dünyaya gəlmiş Əsəd bəy qədər mədəniyyət tarixində fərqlənmiş ədəbiyyat xadimləri çox azdır. Onun Şərq ilə Qərb arasında körpünün qurulmasında müstəsna rolu olub. “Əli və Nino” Azərbaycan — Gürcüstan məhəbbət tarixçəsinin müəllifi olan Əsəd bəy, sonralar “Qurban Səid” təxəllüsü ilə də tanınıb.

Əsəd bəy Bakıda beynəlmiləl bir mühitdə — ruslar, almanlar və azərbaycanlıların arasında böyüyüb və XX əsrin əvvəllərində şəhərdə yaşanan ilk “neft bumunun” şahidi olub: o zamanlar, dünyada xam neftin demək olar ki, yarısı məhz Bakıda hasil olunurdu. Şərqin möhtəşəmliyi kəskin sosial fərqlər, fəhlə üsyanları və inqilabi təlatümlərlə əhəmiyyətli ziddiyyət təşkil edir. Oktyabr İnqilabından sonra, Bakıdan gedən yazar, müxtəlif ölkələrin sərhədlərini keçən kosmopolitə çevrildi: Mərkəzi Asiya, İran, Gürcüstan və Türkiyə onun Berlin şəhərinə gedən yolda müvəqqəti “dayanacaqlar” olub.

Berlində o, İslam dinini qəbul edir, ən azı 18 kitab yazır və qısa zamanda Şərq üzrə mütəxəssis kimi tanınır. 1936-cı ildə, Almaniyada onun kitablarının dərci qadağan olunub. Bundan sonra, o, İtaliyaya mühacirət etdi və 1942- ci ildə, yoxsulluq və hamının tərk etdiyi bir insan kimi dünyasını dəyişdi və beləcə, onun məşəqqətli həyatı bitib. Həqiqət və uydurmaların məharətlə bir-birinə qarışdığı “Şərqdə neft və qan” adlı tarixi-publisistik romanı, Əsəd bəyin əsas əsərlərindən biri sayılır və bu sərgidə iştirak edən rəssamların ilham mənbəyi qismində çıxış edir.

Əgər dünya tarixinə Şərqdən nəzər salsaq, adi Avropaya yönəlmiş (“avrosentrik”) perspektiv, tam əks baxışa dəyişir. Əsəd bəyin hekayələrində, qəfil qüvvə ilə irəli atılan müasirlik, Qafqaz dağlarında və vadilərində yaşayan xalqların iftixarı, inadkarlığı və ənənələrinin dərk edilməsi təkrar-təkrar vurğulanır. Bütöv bir dövrün tənəzzülü ilə bağlı qəm-qüssə, onun pafossuz, lakin nəfis rəvayət etmə üslubunda həmişə rezonans doğurur. Sərgi ilə bağlı fotoreportajı təqdim edirik:

Fotolar: Anar Bayramlı

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Gallery image 24
Gallery image 25
Gallery image 26
Gallery image 27
Gallery image 28
Gallery image 29
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
Thumbnail 24
Thumbnail 25
Thumbnail 26
Thumbnail 27
Thumbnail 28
Thumbnail 29
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR