Səfər Mehdiyevin avtomobilini saxlayan DYP əməkdaşları İŞDƏN ÇIXARILIB?

Səfər Mehdiyevin avtomobilini saxlayan DYP əməkdaşları İŞDƏN ÇIXARILIB?

Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polisləri ilə bağlı yeni xəbər var.

Sfera.az-ın əldə etdiyi məlumata görə, sözügedən DYP əməkdaşları vəzifələrindən azad edilərək, sərəncama götürülüb. İşdən kənarlaşdırılan DYP əməkdaşlarının adlarını dəqiqləşdirməyə və yaxın saatlarda olayla bağlı daha təfərrüatlı informasiya verməyə çalışacağıq. 

 

Məlumat üçün bildirək ki, bir neçə gün öncə Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr idarə etdiyi “Mercedes Galendevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib.

 

Özünü general-polkovnik Mehdiyev kimi təqdim edən Səfər Mehdiyevin onu saxlayan polisə “Nə həyasız adamsan? Sirena yandırdığımı görmürsən?” dediyi görünüb.

 

Yol polisi isə ona “Cənab general, nömrədə yazılmır axı kimdir sürən?! Bizə deyiblər ki, siqnal olmaz” cavabını verib. Daha sonra Gömrük Komitəsinin sabiq rəhbəri avtomobilinə əyləşərək uzaqlaşıb.

 

Şahin

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

“Qarabağ” məğlub oldu

Bu gün Azərbaycan Premyer Liqasında XXXII turun növbəti oyunlar keçirilib.   Sfera.az xəbər verir ki, "Sumqayıt" doğma meydanda lider ...

49 yaşlı qadın qətlə yetirildi - Əri saxlanıldı

Bu gün saat 22:30 radələrində Abşeron rayonu ərazisində 1976-ci il təvəllüdlü Ağayeva Sevincin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxi...

Sədərəkdəki partlayışda həlak olan mülki şəxslərin FOTOLARI

Bu gün Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü ...

“Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır”

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı ona sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 pri...

Prezident AÇIQLADI: XİN rəhbərləri tezliklə bu şəhərdə görüşəcəklər

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon söhbətində sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tər...

Antoni Blinken İlham Əliyevə zəng etdi

 Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.   Sfera.az xəbər verir ki, b...