“Çudo Peçka”nın sahibi azadlığa çıxdı

Kateqoriya məlum deyil
T
Xalq artisti Röya Ayxanın keçmiş qayınatası, “Çudo Peçka” şirniyyat mağazalar şəbəkəsinin sahibi Çingiz Cəlilov 9 il sonra azadlığa çıxıb.
Sfera.az xəbər verir ki, bu barədə jurnalist Ülviyyə Alovlu məlumat yayıb.
Çingiz Cəlilov “Bank Standard”ın sabiq İdarə Heyətinin sədri Səlim Krimanla əlbir olaraq bankdan ümumilikdə 21,874 milyon manat məbləğində krediti qanunsuz çıxarmaqda təqsirli bilinirdi.
Qeyd edək ki, Çingiz Cəlilov “Yol əhvalatı” filminin ssenari müəllifi Asim Cəlilovun oğludur.






