Kəlbəcərdə əsgərimiz faciəvi şəkildə vəfat etdi - YENİLƏNDİ

Kəlbəcərdə əsgərimiz faciəvi şəkildə vəfat etdi - YENİLƏNDİ

Azərbaycan Ordusunun hərbi qulluqçusunu elektrik cərəyanı vuraraq öldürüb.

 

Respublika Hərbi Prokurorluğundan Sfera.az-a verilən xəbərə görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlunun 13 iyun 2022-ci il tarixdə Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri hərəkətlər icra edilib: "Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin olunacaq.

 

Hərbi Prokurorluğun rəhbərliyi səbəbindən asılı olmayaraq istənilən ölüm faktının araşdırılmasını nəzarətə götürür və hərtərəfli, tam və obyektiv araşdırma aparılması təmin olunur".

 

***

09:21

 

Kəlbəcərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bədbəxt hadisə baş verib.

 

Sfera.az xəbər verir ki, hadisə ötən gün saat 16:30-da Çopurlu kəndi yaxınlığında baş verib. Belə ki, hərbi hissənin ərazisində 2003-cü il təvəllüdlü əsgər Əliyarov Riyad Məmməd oğlu yüksək gərginlikli cərəyan vurması nəticəsində vəfat edib.

 

Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırmalara başlanılıb.


OXŞAR XƏBƏRLƏR

Mikayıl Cabbarov: “Petkim”in növbəti sərmayələri üçün işlər sürətləndirilir”

Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim”in növbəti sərmayələrinin həyata keçirilməsi üzrə işlərini sürətlən...

Türkiyədə yeni konstitusiya qəbul OLUNACAQ

Türkiyədə yeni konstitusiya qəbul olunacaq.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş jurnalistlər...

Aytən Səfərova düşdüyü qəza ilə bağlı Prezidentə MÜRACİƏT ETDİ: "Mənim günahım..." - VİDEO

Bir müddət əvvəl Bakıda qəzaya düşən aparıcı Aytən Səfərova hadisədən sonra ilk dəfə danışıb.   Sfera.az xəbər verir ki, bu barədə o, öz “İnsta...

"Evləniləcək yox, əyləniləcək qızların sayı artıb" - Sosioloq

"Azərbaycanda evlənmək üçün yararlı qızların sayı azalıb".   Sfera.az xəbər verir ki, bunu sosioloq Elçin Bayramlı Arb Tv-də yayımlanan &l...

Yağış yağdı, dolu düşdü - FAKTİKİ HAVA

Mayın 14-ü saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar ...

Aytən Səfərovadan qəzadan sonra ilk AÇIQLAMA: "Həmin anda..." - VİDEO

Aparıcı Aytən Səfərova məlum hadisədən sonra ilk dəfə açıqlama verib.   Sfera.az xəbər verir ki, bununla bağlı o, instaqramda  video paylaşıb.&n...