Şəkidə oğurluq edən şəxslər saxlanılıdı

Şəkidə oğurluq edən şəxslər saxlanılıdı

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı rayon ərazisində törədilən bir neçə oğurluq faktının üstü açılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən apteklərin birindən mobil telefon, seyf və kassada olan pulun oğurlanması ilə bağlı polis şöbəsinə müraciət daxil olub. “İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər də məhkum olunmuş Ayxan Səlimov tutularaq istintaqa təhvil verilib. Saxlanılan şəxsdən oğurladıqları, eləcə də obyektin qapısını açmaqda istifadə etdiyi soyuq silah maddi sübut kimi götürülüb.
Araşdırma zamanı Ayxan Səlimovun digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, onun respublikanın digər şəhər və rayonlarında da bir qayda olaraq apteklərdən oğurluq etdiyi məlum olub.

 

Keçirilmiş digər bir əməliyyat-istintaq tədbirləri nəticəsində isə fərdi yaşayış evindən ümumilikdə 2300 manat dəyərində mis qazan,samovar, məcmeyi və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Qismət Abdurrəhimov tutulub. Saxlanılan şəxs əməlini etiraf edib və oğurladığı əşyaları əlvan metal qəbulu məntəqəsinə satdığını bildirib.

 

Faktlarla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, saxlanılan şəxslərin digər qanunazidd əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda tanınmış həkim VƏFAT ETDİ - FOTO

Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Saray Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-terapevt Sevinc Zeynalova vəfat edib.   ...

Yuxusuzluğun yaratdığı FƏSADLAR - Həkimdən XƏBƏRDARLIQ!

İnsan normal yuxu aldıqdan sonra özünü gümrah və enerji dolu hiss edir. Əksinə, kifayət qədər yatmayanda isə gün ərzində yorğun və halsız olur, diqqətini cəmləm...

Məşhur aktrisa VƏFAT ETDİ - FOTO

Türkiyəli məşhur aktrisa, Azərbaycanda Sovet hakimiyyətinə qarşı mübarizədən bəhs edən “501 nömrəli kamera” filmində əsas rollardan birini oynamış A...

Azərbaycan və Qırğızıstan mərkəzi bankları arasında Anlaşma Memorandumu İMZALANDI

Qırğızıstanın Milli Bankının (QRMB) sədri Kubanıçbek Bokontayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri başlayıb.   Sfera.a...

Bu rayonlarda qaz KƏSİLƏCƏK - XƏBƏRDARLIQ!

Bu gün Bakının Xətai və Xəzər rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) &ldquo...

Baş nazirdən müddətli həqiqi hərbi xidmətlə bağlı QƏRAR

Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi dəyişib.   Sfera.az xəbər ...