Həbs olundu, oğlu dünyaya gələndə ağır xəstə yatdı: Onu ruhi xəstəxanadan kim xilas elədi? - FOTO

Həbs olundu, oğlu dünyaya gələndə ağır xəstə yatdı: Onu ruhi xəstəxanadan kim xilas elədi? - FOTO

Xalq artisti Rasim Balayev haqqında 10 maraqlı fakt məlum olub.

 

Sfera.az Kulis.az-ın araşdırmasını təqdim edir:

 

Ailənin böyüyü Rasim boyca hündür olsa da, çəlimsizin biri idi, hətta kiçik bacı-qardaşları ondan böyük görünürdülər, amma bu uşağın oxumağa, öyrənməyə o qədər həvəsi vardı ki, beş yaşında artıq əlifbanı bilir, altı yaşında heç kimin köməyi olmadan kitab oxuyurdu. Ona görə də, valideynləri qərara gəlirlər ki, Rasimi altı yaşından məktəbə göndərsinlər.

 

Rasim məktəb illərində ədəbiyyat fənnini tədris edən Nabat müəllimənin sayəsində bu sahəni, sənəti sevdi:

 

“Nədənsə, mənim şeir deməyim, əsərləri intonasiyalı oxumağım onun xoşuna gəlirdi. Sinifdə dram əsərlərini rollara görə bölüşdürürdü, aramızda səhnələşdirilmiş kimi oxuyurduq əsəri. O vaxt radio-tamaşalar olurdu, onlara qulaq asırdım və bu da sinifdə rolumu yaxşı oynamağıma kömək edirdi”.

 

Üçüncü kursda oxuyanda bərk soyuqlayır. Qış sessiyası öncəsi rayona gedir ki, anası ona qulluq etsin. Ancaq soyuqdəyməsi keçmir. Rayonda bir dostu ilə Ağsu xəstəxanasına yollanırlar. Xəstəxananın həyətində bir gənc oğlanla dostunun sözü düz gəlmir, dalaşmalı olurlar. Rasim də, təbii ki, dostuna kömək etməyə çalışır və dava böyüyür. Onları tutub milis məntəqəsinə gətirirlər. Bu dava isə həmin dövrdə xırda xuliqanlığa az qala terrorizm qədər cəza kəsildiyi dövrə təsadüf edir. Sovet milisi xuliqanlığa görə Rasimi həbs edir.

 

Rasim həbsdəki günlərini danışır:

 

“100 gün Gəncə həbsxanasında yatdım. Həmin 100 gün mənə bütöv bir həyat dərsi oldu. Çox burnu yuxarı idim, həyat mənim üçün əyləncə idi elə bil. Həbsxana həyatı göstərdi ki, əslində, həyat nədir”.

 

Rac Kapurun o vaxt bütün Sovet İttifaqına yayılan filmləri Rasimdə bu sənətə maraq oyatmışdı, bütün günü dostları üçün Rac Kapurun rollarını oynayardı.

 

Rasim Balayev sevdiyi əmisi qızı ilə evlənmişdi. Bakıda bir erməninin evində kirayədə yaşayırdılar. Bir gün atasının ölüm xəbərini alır. 1972-ci ildə sarsıntı, əziyyət o həddə çatır ki, Rasim xəstəxanaya düşür. Həmin vaxt onun ikinci oğlu dünyaya gəlir. Rasim xəstəxanadan xəbər göndərir ki, adını Asim qoyun, ölsəm yalnız “R” hərfini adın əvvəlinə əlavə edərsiniz. Depressiya onu çox pis hala salmışdı.

 

İsa Hüseynovla Həsən Seyidbəyli Nəsimi roluna aktyor axtarırdılar. Bir gün Həsən Seyidbəylinin yadına Tədris Teatrında gördüyü oğlan düşür və tapşırır ki, ona ssenarini verin oxusun, sınağa gəlsin. Rasim ona xəstəxanada təqdim olunan ssenarini oxumadan qaytarır ki, mənim ömrümə az qalıb, sizi naümid etməyim. İkinci rejissor bu sözləri Həsən Seyidbəyliyə çatdırır. Rejissor həmin anda səhiyyə nazirinə zəng vurur. Bu xahişdən sonra Rasim yenidən müayinədən keçirilir və onu Mərdəkana əsəb sanatoriyasına göndərirlər. Orada müalicə ala-ala Rasim Nəsiminin məşqlərinə başlayır.

 

1973-cü ildə “Azərbaycanfilm”in Bədii Şurası Rasimin həyatı ilə bağlı çox önəmli bir qərar verir – onu Nəsimi roluna təsdiqləməklə həm də ölümün pəncəsindən qoparır. Rasim sevindiyindən uşaq kimi hönkür-hönkür ağlayır. “Nəsimi” filmi Rasim üçün uğurlu başlanğıc oldu. Filmin ilk nümayişinin səhəri Rasim artıq bütün Sovet İttifaqında məşhur idi.

 

Bir dəfə Moskvada kino festivalı vaxtı Rasim Balayev köşklərdə bir aktyorun şəkillərinin satıldığını görür. Şəkilləri Azərbaycandan gedən başqa sənətkarlar da görüb, Rasimə deyirlər ki, öz şəklindən birini də özün al. Rasim elə bilir zarafat eləyirlər onunla, cavab verir ki, hə, mənə yaman oxşayır. Yaxınlaşıb köşkdən şəkli alır və baxır ki, arxasında Rasim Balayev və onun haqqında məlumat yazılıb. O vaxt aktyor hələ öz məşhurluğunun fərqində belə deyilmiş.

 

Ümumittifaq, beynəlxalq kino festivallarının iştirakçısı kimi Rasim Balayev az qala dünyanın yarısını gəzir. Uşaqlıq kumiri Rac Kapurla bir səhnədə mükafat alır. Ən yaxşı kişi roluna görə nominasiyanın qalibi olur.

 

Ömür boyu bir aktyorun ala biləcəyi bütün mükafatları Rasim Balayev yalnız Nəsimi roluna görə almışdı.


OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...