Ramiz Mehdiyevin həyat yoldaşıkürəkəni işdən çıxarıldı – FOTOFAKT

Ramiz Mehdiyevin həyat yoldaşı və kürəkəni işdən çıxarıldı – FOTOFAKT

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyev 5 ay əvvəl tutduğu vəzifədən istefa versə də, AMEA-nın rəsmi saytında göstərilirdi ki, onun yaxın qohumları hələ də bu qurumda yüksək vəzifələr daşıyır.


Sfera.az xəbər verir ki, bu barədə 5 gün əvvəl xəbər yayımlanıb. 

 

Xəbərin yayımlanmasından sonra AMEA-nın rəsmi saytında sabiq prezidentin həyat yoldaşı - riyaziyyat elmləri doktoru, professor Mehdiyeva Qalina Yuryevnanın adı AMEA İdarəetmə Sistemləri İnstitutunun nəzdində yaradılan “Kompüter elmləri” ixtisası dissertasiya şurasının sədri vəzifəsindən silinib.


Artıq qurumun saytında Mehdiyeva Qalina Yuryevnanın adı dissertasiya şurasının üzvü kimi qeyd olunub. Qalina Mehdiyevanın əvəzinə dissertasiya şurasının sədri vəzifəsinə riyaziyyat elmləri doktoru, professor Məmmədov Knyaz Şiraslan oğlu təyin olunub.


Bundan başqa Ramiz Mehdiyevin kürəkəninin qardaşı - Fikrət Əli Səftər oğlu Əliyevin adı isə AMEA İşlər İdarəsi müdirinin müavini vəzifəsindən silinib.


Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovun rəhbərlik etdiyi İşlər İdarəsinə yeni müdir müavini təyin olunub.


Qeyd olunan vəzifəni Vüsal Məhəmməd oğlu Əliyarov icra etməyə başlayıb.

(yeniavaz.com)


OXŞAR XƏBƏRLƏR

Qanunsuz şans oyunlarında növbəti dələduzluq — FOTOFAKT

Ölkəmizdə qanunsuz şans oyunları qadağan olunsa da, müxtəlif yollarla belə qeyri-rəsmi provayderlər vətəndaşları aldatmağa davam edir. Dəfələrlə qanunsuz şans o...

Prezident tunelin açılışında İŞTİRAK ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub.   Sfera.az-ın məlumatına görə, dövlət başçıs...

Oğuzda əl qumbaraları və sursat AŞKARLANDI

Oğuzda əl qumbaraları və sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan...

İlham Əliyev Köndələnçay su anbarları kompleksinin açılışında iştirak etdi - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib.   Sfera.az xə...

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir 

Ulu Öndər Heydər Əliyev fərqli siyasi sistemlər şəraitində Azərbaycan xalqının dövlətçilik irsinin qorunub saxlanması, müstəqil dövlət ideyasının gerçəkləşməsi ...

Rusiyada yeni hökumətin başçısı KİM OLACAQ? - Bu il ilk dəfə olaraq...

Xəbər verdiyimiz kimi, mayın 7-də Vladimir Putin prezident andı içəndən dərhal sonra Rusiya hökuməti istefa verib. Rusiya lideri Dövlət Dumasına ölkənin Ba...