“Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var - VİDEO

“Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.

 

Bu barədə Sfera.az-a DİN-dən məlumat verilib.

 

Daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlər zamanı Əli Abbaslı, tanışı Ələkbər Məmmədov, Aqil Qarayev və Hamlet Vəliyev narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindikləri üçün saxlanılıblar. Onlardan ümumilikdə 23 kiloqram narkotik vasitə heroin, marixuana və 1590 ədəd metadon həbi aşkar edilərək götürülüb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

 

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı üzərləində qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilinən Natiq Səfərov və Ceyhun Nuriyev saxlanılıblar. Onlardan 2 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunub.

 

Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbirləri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu tələbələrə əlavə TƏQAÜD VERİLƏCƏK

Bu ildən etibarən Qarabağ Universitetinə tələbə qəbulu həyata keçiriləcək. Bu universitetdə təhsil alacaq tələbələr təhsil haqqından azad olunmaqla yanaşı,...

Azərbaycan və Bolqarıstanın birinci xanımlarının GÖRÜŞÜ OLDU

Azərbaycan və Bolqarıstanın birinci xanımlarının görüşü olub.   Sfera.az xəbər verir ki, mayın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriba...

DİM sədri: "Kütləvi imtahanları da elektron formata keçirəcəyik"

Dövlət İmtahan Mərkəzinin (DİM) yeni istifadəyə verilən elektron imtahanlar korpusunda hər gün iki növbə olmaqla təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cə...

Bakı İSESKO Nazirlər Konfransına ev sahibliyi EDƏCƏK

Bakı PISA üzrə II İSESKO Nazirlər Konfransına ev sahibliyi edəcək.   Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.   Q...

Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş BAŞLADI

Mayın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevlə geniş tərkibdə görüşü başlayıb.   Sfera.az xəbər verir ki, ...

İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş BAŞA ÇATDI - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü başa çatıb.   Sfera.az xəbər verir ki, bu barədə&nbs...