Bakıda 11 məktəb direktoru işdən çıxarılıb - RƏSMİ 

Bakıda 11 məktəb direktoru işdən çıxarılıb - RƏSMİ 

2021-2022-ci tədris ili ərzində Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, bəzi direktorların əmək müqaviləsinə xitam verilib, həmçinin bir sıra məktəb direktorlarının iş yerləri dəyişdirilib.

 

Bu barədə  Sfera.az-a BŞTİ-dən məlumat verilib.

 

Bildiirlib ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 39 nəfər direktor vəzifəsinə təyin olunub, 16 direktorun iş yeri dəyişdirilib. 118 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 43 direktorla müddətli əmək müqaviləsi bağlanıb.
Müddətli müqavilə əsasında fəaliyyət göstərən 2 məktəb direktoru daimi əsaslarla direktor vəzifəsinə təyin edilib.

 

Ümumilikdə 11 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə müxtəlif əsaslarla xitam verilib.


2 ümumi təhsil məktəbinin (152, 172) fəaliyyəti bərpa edilib.

 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində şəhidlərin ailə üzvləri, qazi və Vətən Müharibəsi iştirakçılarının işə qəbulu diqqət mərkəzində saxlanılır. Belə ki, 2021-2022-ci tədris ilində müvafiq müraciətlər əsasında vakant yerlər üzrə paytaxt məktəblərində 207 nəfər şəhid və qazi ailəsinin üzvü işə qəbul olunub.


OXŞAR XƏBƏRLƏR

Slovakiyanın Baş nazirinin son durumu AÇIQLANDI

Slovakiyanın Baş naziri Robert Fitso həyatı təhlükədən xilas olub.   Sfera.az “BBC”yə istinadın xəbər verir ki, bu barədə Slovakiyanın Ba...

4-cü kurs tələbəsinin qəsdən öldürüldüyü MƏLUM OLDU - RƏSMİ AÇIQLAMA

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub.   Bu barədə Sfera.az-a Baş Prokurorluqdan məlumat verilib. Qurum Daxili İşlər Naz...

Dünya bazarlarında neft BAHALAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyul müqaviləsinin dəyər...

Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə CƏLB EDİLDİ

Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.   Bu barədə Sfera....

Azərbaycan və Belarus şəhərsalma və memarlıq sahəsində memorandum İMZALADI

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə "Qırmızı Əmək Bayrağı Ordeni Belqo...

Nobel mükafatı laureatı Azərbaycana GƏLƏCƏK

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəxri üzvü, Nobel mükafatı laureatı Əziz Sancar may ayının 30-da Azərbaycana gələcək.   Sfera.az xəbər ...