Kapital Bank 130-cu xidmət nöqtəsini istifadəyə verdi

Kapital Bank 130-cu xidmət nöqtəsini istifadəyə verdi

Ölkənin aparıcı banklarından biri olan Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Bank davamlı olaraq filial şəbəkəsini genişləndirir və bu dəfə sayca 106-cı filialı olan Məhəmməd Hadi filialını müştərilərin istifadəsinə verdi. Yeni filial Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 73 ünvanında (Həzi Aslanov metro stansiyasının çıxışında) fəaliyyət göstərir. 

 

Kapital Bank-ın Məhəmməd Hadi filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

 

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən Bakı və regionlarda həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası prosesini hazırda da davam etdirməkdədir. Ötən illər ərzində 60-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 30-dan çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davamı olaraq cari ildə bir sıra şəhər və region filiallarının əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/krdt, BirKart sifarişi üçün – //kbl.az/tkstcrd.

 


OXŞAR XƏBƏRLƏR

Helikopterdə olan imam qəzada sağ qalıbmış - 1 saat sonra....

İran Prezidenti İbrahim Rəisinin qəzaya uğrayan helikopterində olan İranın Təbrizin Cümə imamı Seyid Məhəmməd Əli Al-Haşimin qəzadan sonra bir saat ərzində huşu...

Nazir Əhməd Vahidliyə başsağlığı verdi

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov İranın daxili işlər naziri Əhməd Vahidliyə başsağlığı verib.   Sfera.az xəbər veri...

Ceniffer və Ben Afflek boşanma şayiələri arasında birlikdə görüntüləndi 

Müğənni Cennifer Lopez və Ben Afflek boşanma xəbərləri arasında birlikdə görüntüləniblər. Məşhurlar bazar günü Kaliforniyanın Brentvud şəhərində keçirilən ...

Azərbaycanda tələbə faciəli şəkildə öldü

Xəbər verdiyimiz kimi, mayın 19-u 24 yaşlı İsmayıl İsmayılov Göyçayda ağacdan alça yığarkən ehtiyatsızlıqdan ağacın yaxınlığından keçən elek...

Oğrunu cəzalandırmaq üçün 380 min dollarlıq avtomobilini məhv etdi - VİDEO

64 yaşlı milyonçu “Rolex” saatını oğurlamış oğrunu San-Paulu (Braziliya) küçələrində qovalayıb.  Qaçdı-tutdu zamanı kişi 300.000 funt-sterlinq ...

Türkiyədə zəlzələ oldu

Türkiyənin Elazığın Sivrice vilayətində 4 maqnitudalı zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdar...