PKK simvolu ilə bağlı Bakıda insident - Həbs edilən var

PKK simvolu ilə bağlı Bakıda insident - Həbs edilən var

Yol polisi əməkdaşlarının qapılarına PKK terror təşkilatının simvolu sayılan, beşguşəli ulduzu təbliğ edən və “Sheriff” sözləri yazılmış “JEEP” markalı avtomobili saxlaması zamanı insident baş verib.

 

Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Xırdalandan Bakıya gələn yolda qeydə alınıb. Yol polisi əməkdaşları 99 RD 088 dövlət qeydiyyat nişanlı “JEEP Wrangler” markalı avtomobilin üzərində qanunla tənzimlənməyən işarə və sözlərin olmasını görərək avtomobilə “saxla” işarəsi veriblər. Sürücü Məlik Məhsimov (şərti) maşını saxlasa da, polis əməkdaşlarının həmin işarələri sökməsi ilə bağlı tələblərinə etiraz edib. Bu zaman mübahisə daha da böyüyüb və həmin şəxs polisin tələblərini yerinə yetirməyəcəyini bildirərək tabeçilik göstərməməklə səs-küy salıb. Həmin şəxs saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib.

 

Saxlanılan şəxs barəsindəki protokol Abşeron Rayon Məhkəməsinə göndərilib.

 

Məhkəmədə M.Məhsimov hər hansı qanunazidd hərəkət etmədiyini deyib: “Bakı-Sumqayıt yolunda posta dəvət olundum, orada idarə etdiyim “JEEP Wrangler” markalı, 99 RD 088 dövlət qeydiyyat nişanlı avtomobilin ön qapılarında 30 sm ölçüsündə olan beşguşəli ulduzun və “Sheriff” sözünün pozulması tələb edildi. Bu zaman tələbin qanuni əsasını soruşduqda polis əməkdaşları bunu bildirmədilər. Daha sonra mən məntəqədə komandirlə söhbət edərkən YPX-nin adını bilmədiyim əməkdaşları tərəfindən döyüldüm, sənədlərimi və telefonumu əlimdən aldılar. Hadisədən iki gün əvvəl də yol polisi əməkdaşı mənə zəng edərək avtomobilin ön qapılarında olan beşguşəli ulduzun sökülməsini bildirmişdi. Həmin vaxt polisə avtomobilin Amerikadan gətirildiyini, onu alan vaxt avtomobilin ön qapılarında olan beşguşəli ulduzun və “Sheriff” sözünün olduğunu deyərək sökməkdən imtina etdim”.

 

Məhkəmənin qərarı ilə M.Məhsimova 8 sutkalıq inzibati həbs cəzası verilib.


OXŞAR XƏBƏRLƏR

Britninin lənəti: Castin Timberleykin sənətə qayıtması böyük uğursuzluqla nəticələndi

Hazırda “Forget Tomorrow” dünya turnesində olan Castin Timberleykin maliyyə vəziyyəti heç də ürəkaçan deyil.    Sfera.az bildirir ki...

Sığorta, məzuniyyət, təqaüd: Dünyada ilk dəfə seks işçiləri üçün əmək məcəlləsi qəbul edildi

Belçika hökuməti Avropada və dünyada seks işçiləri haqqında ilk əmək qanununu qəbul edib.   Sfera.az xəbər verir ki, bu ayın əvvəlində Belçikada seks...

İnsanların evinin yaxınlığındakı çimərliyə getməsini qadağan etmək istəyir 

Son 15 ildir ki, San-Fransiskoda milyarder Vinod Xosla evinin yaxınlığındakı çimərliyə girişi məhdudlaşdırmaq üçün mübarizə aparır. Ancaq bu dəfə də bu cəhd yen...

Naxçıvanda yaşayan ailələrin sayı açıqlandı

Hazırda Naxçıvan Muxtar Respublikasında 99 min 695 ailə yaşayır.   Bu barədə Sfera.az-a Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri ...

Şahzadə Harri və Meqan Markl yeni uğursuzluğa düçar oldular

Şahzadə Harri və Meqan Marklın “Archewell” Fondunda (“Archewell Foundation”) qanun pozuntusu aşkar edildikdən sonra fonda pul yığmaq və ...

“Kann” kinofestivalında qırmızı xalça üzərində sürpriz - FOTO

“Kann” kinofestivalında qırmızı xalça daim bütün dünya kinosevərlərinin diqqətini çəkir.    Sfera.az bildirir ki, 77-ci “Beynə...