Silah zavodundakı partlayış necə olub? - Cinayət işi açıldı

Silah zavodundakı partlayış necə olub? - Cinayət işi açıldı

Ötən gün Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Şirvan Araz zavodu”nda baş vermiş partlayışla bağlı cinayət işi başlanılıb.

 

Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən saat 13:30-da zavodun poliqonunda baş vermiş partlayış nəticəsində baş konstruktor 1986-cı il təvəllüdlü Razi Almazovun xəsarətlər alması ilə bağlı Cinayət Məcəlləsinin 162.1-ci (Əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə iş başlanılıb.

 

İlkin araşdırmalar zamanı məlum olub ki, partlayış yeni seriyası istehsal edilmiş və şərti adı “Maral” olan minaatan mərmisinin sınağı zamanı baş verib. Mərmi 60 mm-lik HM14 tipli minaatana daxil edilərkən lülə hissəsində partlayış olub. Bu zaman baş konstruktor R.Almazov xəsarətlər alıb. Sınaq prosesində iştirak edən zavodun baş mühəndisi Saməddin Səfərov onu xəstəxanaya çatdırıb.

 

Araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

İcra başçısı yanğın baş verən əraziyə gəldi - "Evlərə də ziyan dəyib"

“Yanğın nəticəsində fərdi evlərə ziyan dəyib, xəsarət alan yoxdur”.   Sfera.az xəbər verir ki, bunu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiy...

"Ağ çiçəyim"də yanğının yayılmasının qarşısı alındı - VİDEO

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verm...

DİQQƏT: Bakıda güclü yanğına görə bu yollar BAĞLANDI

Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verən yanğın səbəbindən Mirəsədulla Mirqasimov küçəsi və metronun “28 May” stansiyası...

“Qızılgüllərin müharibəsi”: Bred Pitt yenidən məhkəməyə verildi

Bred Pitt və Ancelina Coli arasında 2008-ci ildə alınan “Chateau Miraval” şərab zavodu ilə bağlı hüquqi çəkişmə bitmək bilmir.  Keçmiş həyat yo...

Azərbaycanla Ermənistan arasında protokol imzalandı

2024-cü il mayın 15-də Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistanın Baş nazirinin müavini Mh...

Gül mağazasındakı yanğına görə əraziyə polis əməkdaşları CƏLB EDİLİB

Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğınla əlaqədar əraziyə polis əməkdaşları cəlb edilib.    Bu barədə Sfera.az-a DİN-in...