Atıcılıq üzrə Dünya Kubokunda ilk final mərhələsi başa çatdı - FOTOLAR/YENİLƏNİB

Atıcılıq üzrə Dünya Kubokunda ilk final mərhələsi başa çatdı - FOTOLAR/YENİLƏNİB

Bakıda atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatıb.

 

Sfera.az xəbər verir ki, Bakıda keçirilən Dünya Kubokunda 10 m məsafəyə tapança atıcılığı növündə final yarışı başa çatıb.

 

Finalın qalibi serbiyalı Damir Mikeç olub.

 

Bolqarıstanlı Kaloyan Stamenov gümüş, almaniyalı Maykl Şvald bürünc medal qazanıb.


14:44

Sfera.az xəbər verir ki, 10 m tapança atıcılığı üzrə qadınlar arasında finalın qalibi polşalı atlet Klaudia Bres olub. Fransalı Kamilla Yedrjeyevski gümüş, bolqarıstanlı Antuaneta Kostadinova bürünc medala yiyələniblər.

Qalib Lazar Kovaçeviç Azərbaycanda ikinci dəfə olduğunu, daha əvvəl 2017-ci ildə Qəbələdə keçirilən Dünya Kubokunda iştirak edib, 9-cu yer tutaraq, yarımfinala düşə bilmədiyini deyib: “Azərbaycanda keçirilən Dünya Kuboku yüksək səviyyədə təşkil olunub. Bütün atletlərə lazımi köməklik göstərilir. Ölkəniz möhtəşəmdi. İnsanlarınızın qonaqpərvərliyi mükəmməldi. Digər atletlərə, idmançılara uğurlar arzulayıram. Təşkilatçılara xüsusi təşəkkürümü bildirirəm”.

“Ölkənizdə keçirilən mötəbər yarışda iştirak etdiyim üçün özümü xoşbəxt hiss edirəm. Dünya Kuboku yüksək səviyyədə təşkil olunub. Atletlər üçün hər cür şərait təşkil edilib. 10 metr pnevmatik tüfəng yarışlarında qalib oldum. Möhtəşəm hisslər keçirirəm. Növbəti hədəfim Aralıq dənizi Oyunları yarışlarında qalib olmaqdır. Əsas məqsədim isə 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunların iştirak edib, çempionluq sevinci yaşamaqdır”-bunu qızıl medalçı Osean Müller deyib.

12:49

Sfera.az  xəbər verir ki, 10 m tüfəng atıcılığı üzrə kişilər arasında yarışda serbiyalı Lazar Kovaçeviç 16:14 hesabı ilə xorvatiyalı Miran Mariçiçi önləyərək qızıl medal qazanıb. Yarışın gümüş medalçısı Miran Mariçiç, bürünc medalçısı qazaxıstanlı İslam Usseynov olub.

 

10 m tüfəng atıcılığı üzrə qadınların finalında fransalı Osean Müller rəqibi polşalı Aneta Stankeviçə 16:12 hesabı ilə qalib gəlib. Rumıniyalı İli Laura-Georgeta bürünc medal sahibi olub.

 

Qeyd edək ki, qadın və kişilər arasında 10 m tapança atıcılığı üzrə finallar bu gün keçiriləcək.

 


OXŞAR XƏBƏRLƏR

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...