Bakıda narkomanların yeni məskəni - Sakinlər hər gün bu təhlükə ilə üzləşir - VİDEO

Bakıda narkomanların yeni məskəni - Sakinlər hər gün bu təhlükə ilə üzləşir - VİDEO

Paytaxtın  Nizami rayonundakı binalardan biri narkotik istifadəçilərinin məskəninə çevrilib. Sakinlərin sözlərinə görə demək olar ki, hər gün blokdakı poçt qutuları, eləcə də su və qaz sayğaclarının içərisindən şpris tapırlar. Deyirlər ki, belə vəziyyət uzun müddətdir ki, davam edir. Artıq Daxili İşlər Nazirliyi həmin ərazini nəzarətə götürüb və oraya əlavə naryadlr təhkim edilib. 

 

Paytaxtın  Nizami rayonu, Cəmşid Naxçıvanski 75 ünvanında yerləşən binanın blokları narkomanların məskəninə çevrilib. 

 

Sakinlərin iddialarına görə narkomanlar bloklarda müxtəlif narkotik maddələri qəbul etdikdən sonra şprisləri heç kəs görməsin deyə su və qaz sayğaclarının içərisinə atırlar. 

 

Sakinlərin sözlərinə görə belə vəziyyət 2 ildən çoxdur ki, davam edir və bu, onları narahat edir. 

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, artıq ərazi tam nəzarətə götürülüb, problem həll olunanadək həmin məkana əlavə naryad qrupları təhkim olunub.  


OXŞAR XƏBƏRLƏR

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...

İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını NƏZƏRDƏN KEÇİRİR

İrəvan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramovun Qazaxıstanda görüşünün keçirilməsi imkanını nəzə...

Alimlər bu təhlükəli paraziti məhv edə bilən virus aşkarlayıblar

Vyana Universitetinin alimləri təhlükəli birhüceyrəli parazit "Naegleria fowleri" ilə mübarizədə faydalı olan nəhəng viruslar aşkar ediblər. ...

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDƏCƏK

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayıb.   Sfera.az-ın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev Berlində apre...

Bakıda evdə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyət...