Bakıda buzda yıxılaraq xəsarət alanların sayı 27-yə çatdı - YENİLƏNİB

Bakıda buzda yıxılaraq xəsarət alanların sayı 27-yə çatdı - YENİLƏNİB
Bu gün saat 15:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 27 nəfər (13 kişi, 14 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sfera.az xəbər verir ki, yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıblar.

 
***
Bu gün saat 13:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 22 nəfər (10 kişi, 12 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəarətləri alıb.

Səhiyyə Nazirliyindən verilən xəbərə görə, yaralılardan 2-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.
 
***

Bakıda qarlı havada yıxılaraq xəsarət alanların sayı 12 nəfərə çatıb.
 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Sfera.az-a verilən xəbərə görə, bu gün saat 11:30-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar 12 nəfər (4 kişi, 8 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

  10:31
 
Bakıda ötən gecədən bu vaxta qədər qarlı hava ilə bağlı 8 nəfər yıxılaraq xəsarət alıb.

Sfera.az bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat veriblər.

Bu gün saat 10:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb.

Yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

OXŞAR XƏBƏRLƏR