No Image
No Image

Bu rayonlarda iki gün qaz olmayacaq

Bu rayonlarda iki gün qaz olmayacaq
Diametri 1 200 mm olan 'Mozdok-Qazıməmməd" yüksək təzyiqli magistral qaz kəmərində Qaz İxrac İdarəsi 2 gün ərzində təmir işləri aparacaq.

Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
 
Bildirilir ki, kəmərin 332 və 335-ci kilometrliyində korroziyaya uğramış 120 metrlik hissəsinin noyabrın 28 və 29-u tarixlərində mövcud şəbəkəyə birləşdirilməsi planlaşdırılır və bu zaman kəmərdə qazın nəqli müvəqqəti olaraq dayandırılacaq.

Bu müddət ərzində Xızı, Şabran, Siyəzən, Qusar, Quba və Xaçmaz rayonlarında həm əhali abonentlərinin, həm də qeyri-yaşayış sahələrinin qaz təchizatında fasilə yaranacaq. Bununla yanaşı, "Siyəzən Quşçuluq” fabrikinin qaz təchizatının alternativ mənbə olaraq "Yaşma-Siyəzən” qaz kəmərindən təmin edilməsi nəzərdə tutulur. Xaçmaz Regional qaz istismarı İdarəsindən verilən məlumata görə "Mozdok-Qazıməmməd" magistral qaz kəmərinin 339-423-cü kilometrliyində balon hissədə olan ehtiyat təbii qazın həcmi ilə adları çəkilən rayonlardakı həyati əhəmiyyətli obyektlərin müəyyən müddətə təbii qazla təmin olunmasına çalışılacaq.


Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Birinci xanım Xırdalandakı zərər çəkənlərin məsələsini nəzarətə götürdü - FOTO

Abşeron Rayon İcra Hakimiyyətində bu ilin yanvarın 25-də Xırdalan şəhərinin 27-ci məhəlləsində baş verən partlayış nəticəsində yararsız vəziyyətə düşmüş 1 B say...

Azərbaycanda "quş qripi" riski

"Quş qripi ilə bağlı monitorinqlərin keçirilməsində əsas məqsəd ailə təsərrüfatları, təbiət ərazilərində yüksək patogen quş qripi təhlükəsi olan quşun olub-olma...

Yoluxanların sayı azaldı, 8 nəfər öldü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 209 yeni yoluxma faktı qeydə alınıb, 437 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az  xəb...

Onlar Şuşanı belə görmək istəyir – Millət vəkillərinin təklifləri

"Şuşa qısa zamanda iqtisadi baxımdan kifayət qədər inkişaf etmiş şəhərə çevriləcək”. Bunu Sfera.az-a açıqlamasında bərpa işlərinin tamamlanmasından sonr...

Bakının Babək prospektində yol qəzası oldu

Bakının Nizami rayonunun Babək prospektində - şəhər istiqamətində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az  xəb...

FHN-dən əhaliyə yanacaqdoldurma məntəqələri ilə bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin yanacaqdoldurma məntəqələrində yanğın təhlükəsizliyinə dair müraciət yayıb. Sfera.az  xə...