“Böyüklərimizi qoruyaq” aksiyası Qobustanda – Millət vəkilindən açıqlama

“Böyüklərimizi qoruyaq” aksiyası Qobustanda – Millət vəkilindən açıqlama

"Bu gün, Qobustan rayon İcra hakimiyyəti ilə birlikdə 65 yaşdan yuxarı şəxslərə karantin dövründə dəstək məqsədi daşıyan #BöyüklərimiziQoruyaq sosial aksiyası çərçivəsində fəaliyyət göstərəcək "Könüllülər qərargahı"nın yaradılmasına qərar verdik”.


Bu haqda məlumatı millət vəkili Şahin Seyidzadə özünün sosial şəbəkə hesabında paylaşıb.

 

 

Sfera.az-ın məlumatına görə, millət vəkili bu işdə birbaşa olaraq Dövlət Sosial Müdafiə Fondu Qobustan rayon şöbəsinin Sosial Xidmət Sektoru nümayəndələri ilə fəaliyyət göstəriləcəyini vurğulayıb.

 

 

"Böyüklərimizi Qoruyaq" aksiyası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə yaşı 65-dən yuxarı tənha vətəndaşlar üçün başlanıb.

Müraciət üçün: 142 Çağrı mərkəzi (İş saatı həftə içi hər gün 10:00 - 16:00)


OXŞAR XƏBƏRLƏR