\"Borussiya\" hücumçusunu 2 milyon avroya satır

\
 

"Borussiya" hücumçusu Andre Şürrleni transferə çıxarıb.

 

Sfera.az  xəbər verir ki, Dortmund təmsilçisi 29 yaşlı hücumçunu hətta 2 milyon avroya da satmağa razıdır.

 

Çünki 2021-ci ilə qədər müqaviləsi olan almaniyalı futbolçunun mövsümlük maaşı 7,5 milyon avrodur. Artıq yükdən qurtulmaq istəyən Bundesliqa təmsilçisi Şürrleni satış siyahısına qoyub.

 

"Borussiya" Andre Şürrleni 2016-cı ildə "Volfsburq"dan 30 milyon avroya transfer edib. O, son mövsümü icarə əsasında Rusiyanın "Spartak" klubunda keçirib.



OXŞAR XƏBƏRLƏR