Logo

Vasif Məhərrəmli efirdə Xatirə İslamı söydü — VİDEO

Vasif Məhərrəmli efirdə Xatirə İslamı söydü — VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Əməkdar artist Vasif Məhərrəmli "Şou ATV” proqramında müzakirələrə səbəb olacaq addım atıb.

Sfera.az  xəbər verir ki, həmkarı Xatirə İslamla qonaq olan ifaçı qeyri-etik ifadə səsləndirib.

Belə ki, Vasif sosial şəbəkədə Xatirə ilə sevgili olması barədə rəylər yazıldığını qeyd edib. Müzakirə zamanı X. İslam heç vaxt belə bir şeyin olmadığını bildirib və Vasifin yanından bir az uzaqlaşıb.

Bu zaman Əməkdar artist sənətçinin sözügedən addımına qeyri-etik ifadə ilə cavab verib.

Məsələ ilə bağlı "Qafqazinfo" Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşovla əlaqə saxlayıb.  O, kadrlarla tanış olduqdan sonra açıqlama yayacağını qeyd edib: "İndi texniki uzlaşdırma aparırıq, görək efirə gedib, ya yox. Yoxlayırıq”.

(qafqazinfo)
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR