Nazir Şirzad Abdullayevə yeni vəzifə verdi - FOTO

Nazir Şirzad Abdullayevə yeni vəzifə verdi - FOTO
Kateqoriya məlum deyil
T
İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutuna yeni direktor və müavini təyin edilib. 

Sfera.az-ın məlumatına görə, İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Mahir Hümbətov institutun direktoru, nazirin sabiq müşaviri Şirzad Abdullayev isə direktor müavini təyin olunub. 

Qeyd edək ki, Mahir Hümbətov 2012 -2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı/analitik kimi çalışıb, 2009-2016-cı illərdə şəriətə uyğun investisiyalara maraq göstərən 7 yerli bank üçün məsləhət xidmətləri göstərmiş, "Azərbaycanda İslam maliyyələşməsinin təşviqi və tətbiqi” proqramının təşkilatçısı olub. 2019-cu ildən İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 

Şirzad Abdullayev isə 2008-2018-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru vəzifəsində işləyib. 2018-ci ilin may ayından İqtisadiyyat nazirinin müavini, 2020-ci ilin mart ayından isə nazirin müaşvir vəzifəsində çalışıb.
 


 
(Qaynarinfo)
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR