Logo

Nərminin nənəsinin fəryadı ürək dağladı: "Mənim balamı yandıranı tapın"

Nərminin nənəsinin fəryadı ürək dağladı: "Mənim balamı yandıranı tapın"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Mən xahiş edirəm mənim balamı yandıranı, mənim düşmənimi tapın".

Sfera.az  xəbər verir ki, bu fikirləri öldürülən 10 yaşlı Nərmin Quliyevanın nənəsi Minayə İsmayılova baku.ws-in bölgə müxbirinə bildirib.

"Nəvəmin üstünə benzin töküb, yandırıb. Yaxınlıqda bir kənara tullayıblar. Bu işə baxanlardan xahiş edirəm, mənim balamı yandıranı tapın", - deyə Minayə İsmayılova bildirib.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb.

Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Tovuz rayon Prokurorluğundan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR