Qarabağa görə Paşinyana ŞOK XƏBƏRDARLIQ: Əgər əraziləri...
Kateqoriya məlum deyil
Ermənistanda "Daşnaksütyun” partiyası hakimiyyəti Dağlıq Qarabağda sülh nizamlanmasından imtina etməyə çağırıb.
"Əgər indiki hakimiyyət Qarabağ məsələsində güzəştə getməsə Daşnaksutyun partiyası hər cür sıx əməkdaşlığa hazırdır”.
Sfera.az xəbər verir ki, bu barədə partiyanın yeni seçilmiş rəhbəri Armen Rüstəmyan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə onlar Qarabağ probleminə əks qütbdə olan qüvvələrə qarşı sərt mövqedə olacaqlar.
"90-cı illərdə deyirdilər ki, Ermənistan inkişaf etmək istəyirsə güzəştə getməlidir. Amma biz hesab edirik ki, Qarabağ məsələsi şərəf məsələsidir. Heç bir halda komproisə gedə bilmərik”- deyə Rüstəmyan vurğulayıb.






