Logo

Erməni ordusunda nə baş verir?

Erməni ordusunda nə baş verir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son günlər Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş Qarabağda yerləşdirilən bölmələrində  əsgərlər arasında ciddi problemlər yaranıb. Son 12 gün ərzində 7 əsgər güllə yarasından hospitala yerləşdirilib.

Sfera.az xəbər verir ki, 7 əsgərin hospitala yerləşdirilməsinin Ermənistan Müdafiə Nazirliyi təsdiq edib. Ancaq erməni  tərəfi dekabr ayında yaralanan əsgərlərın qidadan zəhərləndiyini yazıb. Ancaq Qarabağdakı bölmələrdə ciddi problemlər var. Son 12 gündə 5 nəfərin ölməsi, 7 nəfərin yaralanması erməni ordusunun xaos içindən olmasından xəbər verir. Erməni hərbi ekspertlər bu xaosun olduğunu etiraf edirlər. "Qarabağdakı erməni ordusunda ciddi problemlər var. Bu problemlər qarabağlı və gəlmə erməni zabit və əsgərlər arasında yaranan problemdir. Bu problemlər həll edilməsə çox dəhşətli fəsadı olacaq”-bunu mətbuatahərbi ekspert David Karapetyan deyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR