Logo

Azərbaycanlı müğənniyə AĞIR İTKİ - Yatdı, oyanmadı

Azərbaycanlı müğənniyə AĞIR İTKİ - Yatdı, oyanmadı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Tanınmış ifaçı Zahidə Günəş uzun zamandır efirlərdə görünməmək səbəbini "5/5"də açıqlayıb.

Xanım ifaçı ailəsində ard-arda iki böyük itki verdiyini canlı yayımda bildirib.

Z.Günəşin bu açıqlaması aparıcı başda olmaqla hər kəsi qəhərləndirib:

"Ailədə itkilərimiz olub. Gəlinimiz rəhmətə getdi. "40"-ı təzə çıxmışdı, 15 gün sonra, dalınca da qardaşımı itirdik. Böyük itkidir! Gəlinimiz xərçəng xəstəsi idi. Qardaşım da yatdı, oyanmadı. Bir-birlərini çox sevirdilər. Qardaşımın 52 yaşı var idi. Nə yaşdı ki?!

21-22 yaşlarında iki övladları qaldı. İkisi də ailəlidir.

Mən də nə vaxtdandır qapanmışam özümə. Qonşu kanallar da nə vaxtdandır zəng edirlər. Yaydan bəri verilişlərə çıxmıram".
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR