Alpinistin ağır xəstə olan atası dəfnə aparıldı – SON DƏQİQƏ
Kateqoriya məlum deyil
Alpinist Fəridə Cəbrayılzadənin ağır vəziyyətdə olan atası Masallı rayon Şərifə kəndinə aparılıb.
Sfera.az bildirir ki, bu barədə Yenicag.az-a sözügedən kəndin bələdiyyəsindən məlumat verilib.
"Fəridənin atası ağır xəstədir, bir ay öncə bacısı rayonda dünyasını dəyişdi. O ağır xəstə olduğu üçün bacısının yas mərasiminə gələ bilmədi. Amma onu şəhərdən gətiriblər ki, qızının dəfn mərasimində iştirak etsin. Ağır dərddir, aylardır, meyit tapılmırdı. Ailə çox ağır sarsıntı içindədir”.






