Logo

300 il yuxuya getdilər, ayılıb behiştə düşdülər – Naxçıvanda…

300 il yuxuya getdilər, ayılıb behiştə düşdülər – Naxçıvanda…
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Naxçıvanda daha çox ziyarət edilən "Əshab-i Kəhf” piri haqda müqəddəs hesab edilən kitablarda da maraqlı məlumatlar yer alıb.

Sfera.az bir çoxlarımızın gedib görmək istədiyimiz "Əshab-i Kəhf” piri haqda məlumat verəcək:

1665 metr olan "Əshab-i Kəhf” piri nəinki Naxçıvan əhalisi üçün, eləcə də bütün müsəlmanların nəzərində müqəddəs hesab edilən yerlərdən biridir. Dağlar arasında yerləşən bu pirin adının mənası "yeniyetmə cavan oğlanlar mağarası"dır. Rəvayətlərə görə, mağaradakılar Dəqyanus adlı padşahın zülmündən qaçıb burada gizlənərək, 300 il yuxuya getdikdən sonra ayılaraq behiştə düşüblər. Altı yeniyetmə cavan oğlanın yanında Qitmir adlı it də olub. Digər rəvayətə görə, Dəqyanus padşah olduğu vaxt əhalini bütpərəstliyə məcbur edirdi. Təkallahlığa inanan yeniyetmə cavan oğlanlar şahın zülm və təqiblərindən yaxa qurtarmaq üçün şəhərdən qaçıb mağarada özləri üçün sığınacaq tapıblar.

Qurani-Kərimdə də "Əshabi-Kəhf" haqqında yazılıb.

Quranın 18-ci «Əl-kəhf» surəsində bu barədə maraqlı məlumat verilib. Həmin surədə deyilir: "Ey peyğəmbərimiz! Sən fikirləşirsən ki, Əshab-i Kohf və Rəqim hekayəsi bizim bu qədər qüdrətli hikmətlərimiz müqabilində təəccüblü hadisədir? O vaxt ki, Kəhf cavanları düşmənin qorxusundan dağ mağarasında gizləndilər və Allahdan xahiş etdilər ki, İlahi, sən bizim haqqımızda rəhmə əta eylə, bizə bir kamil yol göstər. Biz həmin mağarada onları bir neçə il bihuş etdikdən sonra yuxudan oyatdıq ki, görək onlar, neçə vaxt mağarada olduqları və yuxuya getdiklərini bilə biləcəklərmi?... Onlar cəvan-mərdlər idi ki, öz Allahlarına iman gətirdilər. Biz (lütfümüz ilə) onlara düzgün yol göstərdik, onların (təmiz) ürəklərində (Allaha iman və məhəbbət) əlaqələrini möhkəmləndirdik. Onlar (bütpərəstlər və kafirlər) arasında qiyam edib dedilər:

"Bizim Allahımız yeri, göyləri yaradandır və biz o tək Allahdan başqa heç kəsi Allahlığa qəbul etmirik. Əgər biz bütpərəstlər kimi fikirləşsək, çox ağır xətaya yol vermiş olarıq..."".

Tövratda da Əshab-i Kəhf barədə məlumat var.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR