Əziz Əzizov dövlət büdcəsini talayır- Əhaliyə qan uddurur
Kateqoriya məlum deyil
Cəlilabadda icra başçısı məmurların ağzını yummağ üçün yeni metotdan istifadə edir.
Əslində, cənab Əzizovun kəşf etdiyi "yeni metot” onun acizliyindən xəbər verir.
Tərəfdar.az xəbər verir ki, bu barədə etibarlı mənbə məlumat verib. Onun dediyinə görə ölkədə ən varlı və bəlkə də ən qorxaq icra başçısı Əziz Əzizovdur. Niyə məhz qorxaq? Etiraf edək ki, ölkə başçısı İlham Əliyev rayonlara rəhbər təyin etməzdən əvvəl onlara vətəndaşlara xidmət etməyi və dövlətçiliyə sadiq qalmaq üçün töhvsiyələrini verir.
Bu da şübhəsiz, prezidentin səlahiyyətli nümayindəsinə etibarından irəli gəlir. Lakin bəzi "etibarlı” məmurlar bilərəkdən vətəndaşlarla kobud davranır, onların sosial və digər problemlərini həll etmək belə marağında olmur. Elə götürək, Cəlilabad RİH-nin başçısı Əziz Əzizovu. Bu şəxs icra başçısı təyin olunan gündən rayonda elə bir vəziyyət yaradıb ki, sözlə ifadə olunacaq qədər deyil. Bu barədə ölkə mətbuatı kifayət qədər məlumatlar dərc edib.
Əldə edilən maraqlı məlumat ondan ibarətdir ki, Əziz Əzizov narazı məmurların yaxınlarını dövlət müəssisələrində qara yollarla "işlə” təmin etdirir. Mənbənin iddialarına görə, icra başçısı müəyyən şəxsləri susdurmaq üçün bu addımı atıb.
"Nə gedir bağdan gedir, bağbandan nə gedir ki?” atalar məsəlini cənab Əzizov üçün xatırlatmaq borcumuz idi. Digər tərəfdən ölkədə ağır olan iqtisadı durum Ə. Əzizov üçün bir o qədər önəmli deyil. Dövlət büdcəsini formalaşdırmaq, onu minbir əziyyət hesabına toparlamaq təbii ki, ölkə başçısı İlham Əliyevin üzərinə düşən ən ağır yük olsa da son anda prezident bütün bacarığını nümayiş etdirərək lazımı işlər görə bildi.
Amma bu o demək deyil ki, icra başçıları formalaşan dövlət büdcəsini sağa-sola xərcləsinlər. Çox istərdik ki, Maliyyə Nazirliyi yuxarıda göstərdiyimiz faktları dərindən araşdırsın. Və məlum olacaq ki, Cəlilabad RİH-nin başçısı Əziz Əzizov dövlətə küllü miqdarda ziyan vurub. Əldə etdiyimiz digər bir maraqlı məlumatda bildirilir ki, Hesablama Palatası sözügedən rayonda kifayət qədər saxtakarlıqlar aşkarlayıb.
Əlbəttə, ölkə başçısının "etibarlı” səlahiyyətli nümayindəsi Ə.Əzizovu öz şəxsi biznesi daha çox maraqlandırır. Necə ki, Bakı şəhərində icra başçısına məxsüs hündür mərtəbəli binalar inşa edilir və ticarət obiyektləri fəaliyyət göstərir. Ə. Əzizov özünü müdafiə etmək məqsədi ilə Kərəm Həsənovun adını daha çox hallandırır. Xatırladaq ki, K.Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədridir. Şübhə yoxdur ki, iki oliqrax məmurların ölkədə ən yüksək səviyyədə biznesləri mövcüddür. Deməli, Ə. Əzizov biznes sahəsində konkret icraçıdır.
Kərəm Həsənov hansı yollarla mediaya hədəf verilib?
Zaman-zaman bu barədə məlumat verilsə də qarşı tərəf susmağa üstünlük verir. Niyə məhz Kərəm Həsənov mətbuata qurban verilsin? Sualın iki versiyadan ibarət olduğunu söyləyə bilərik. Birinci versiya ondan ibarətdir ki, həbs olunan Əli İnsanov, Fərhad Əliyev və digər naxaləf nazirlərin mülkü kimi K. Həsənovun da minbir əziyyət hesabına topladığı mülk icra başçısına miras qalsın. İkinci versiya ondan ibarət ola bilər ki, yuxarı dairələrdən Ə. Əzizova sifariş verilsin. Ən azından Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov komandada artıq çəkisini itirib. Elə bu səbəbdən Əziz Əzizova yaxın internet saytları Kərəm Həsənovun əleyhinə və eyni zamanda həqiqətə uyğun olmayan məlumatlar dərc edir. Bu istiqamətdə araşdırmalarımız davam edir. Bizi izləməyi unutmayın...
P.S. İndicə əldə etdiyimiz məlumatda bildirilir ki, Cəlilabad RİH-nin başçısı Əziz Əzizov rayonda "Azərişıq” idarəsinin rəisi Aydın Məmmədovu "sıxışdırır”. Hətta vətəndaşları idarə rəisinin üzərinə getməyi belə tapşırıq edib. Görünür, Cəlilabadda gərginlik yaratmaq icra başçısı üçün çox önəmlidir.