Logo

ABŞ istehsalı olan yeni peyvənd COVID-19 virusunu tam məhv edəcək – Rəsmən təsdiqləndi

ABŞ istehsalı olan yeni peyvənd COVID-19 virusunu tam məhv edəcək – Rəsmən təsdiqləndi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) "Pfizer/BioNTech” şirkətinin COVID-19 epidemiyasına qarşı istehsal etdiyi peyvəndin tam olaraq təsdiqləndiyini açıqlayıb.

Sfera.az xəbər verir ki, idarədən bu haqda verilən açıqlamada aşağıdakı kimi qeyd olunub:

"Bu gün ABŞ Qida və Dərman İdarəsi ilk COVID-19 peyvəndini təsdiqlədi. Peyvənd "Pfizer/BioNTech” olaraq tanınır. 16 yaşdan yuxarı insanlarda koronavorirusun qarşısının alınması üçün "Comirnaty” adı ilə satılacaq”.

Qərarı COVID-19-la mübarizədə dönüş nöqtəsi hesab edən FDA rəsmisi Janet Vudkok bildirib ki, ictimaiyyət bu peyvəndin yüksək təhlükəsizlik, effektivlik və istehsal keyfiyyəti standartlarına cavab verdiyinə əmin ola bilər.

Qeyd edək ki, 2020-ci ilin dekabında "Pfizer/BioNTech” peyvəndi ABŞ-da təcili istifadə üçün təsdiqlənib.

Əzizə Zeynal

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR