Azərbaycanda ilk dəfə belə hala rast gəlinir: Bu rayonlarda...
Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, Nərimanov rayonunda doğulanların sayı 895 nəfər olduğu halda, ölənlərin sayı 930 nəfər olub. Nizami rayonunda isə doğulanların sayı 584 nəfər, ölənlərin sayı 558 nəfər təşkil edib.
Nərimanov və Gəncənin Nizami rayonlarında qeydə alınan fakt Azərbaycanda rayon və şəhərlər üzrə təbii artımın mənfi olmasına dair müşahidə edilən ilk faktdır. Son illərdə belə bir fakta rast gəlinməmişdi.
2020-ci ilin birinci yarısında Nərimanov rayonunda 916 doğuma qarşı 635 ölüm, Nizami rayonunda isə 589 doğuma qarşı 527 ölüm faktı qeydə alınmışdı.
2021-ci ildə hər iki rayonda təbii artım göstəricisinin mənfi olması COVİD-19 virusunun yayılmasından sonra ölüm hallarının çoxalması və doğum göstəricilərinin pisləşməsi ilə bağlıdır.
Vasif
Sfera.az






