Orqanizmin funksiyalarının 100% itirilməsi əlillik hesab olunur? - VİDEO
Sfera.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilir ki, yeni qaydalar əlilliyin dəqiq təyin olunmasında daha geniş imkanlar yaradır.
Yeni tətbiq olunacaq metodda orqanizmin funksiyalarının 81-100 % itirilməsi əvvəlki qayda ilə 1-ci qrup əlilliyə bərabərdir. Lakin orqanizmin funksiyalarının 100 % itirilməsi tibbi baxımdan ölüm sayılır.
Bəzi hallarda orqanizmin funksionallığının itirilmə dərəcəsi ən aşağı faiz göstəricisinə bərabər olsa da, bu həmin insanın əmək fəaliyyətinin 100 % itirilməsi ilə nəticələnə bilər. Məsələn, pianoçunun barmaqlarından birini itirməsi kifayətdir ki, o, öz peşəsini icra edə bilməsin.
Bir daha yada salaq ki, gələn ildən ənənəvi qayda ilə 1-ci qrup əlilliyi olan şəxslər orqanizmin funksiyalarının 81-100 faiz, ikinci qrup 61-80 faiz, 3-cü qrup isə 31-60 faiz itirilməsi ilə qiymətləndiriləcək.






