Azərbaycana nə qədər əfqan miqrant gəlib? - Dövlət Miqrasiya Xidmətindən AÇIQLAMA
Kateqoriya məlum deyil
"İndiyədək 9 əfqan ərizəçiyə qaçqın statusu verilib".
Bu barədə Sfera.az-a Dövlət Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib. Xidmət tərəfindən son günlər ərzində əfqan vətəndaşlarından hansısa müraciətin daxil olmadığı bildirilib:
"Əfqanıstandakı son hadisələrdən sonra qaçqın statusu almaq üçün Əfqanıstan vətəndaşlarından bizə müraciət daxil olmayıb".Əzizə Zeynal
Sfera.az





