Logo

Uşaqlar da vaksinasiyaya cəlb olunur? – “Xroniki xəstəliyi olanlar və 14 yaşdan yuxarılar...”

Uşaqlar da vaksinasiyaya cəlb olunur? – “Xroniki xəstəliyi olanlar və 14 yaşdan yuxarılar...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sentyabr-oktyabr aylarından etibarən ənənəvi təhsilə qayıdışla bağlı məlumatlar yayılmaqdadır. Ənənəvi tədrisin bərpasını zəruri edən amillər sırasında builki qəbul nəticələri də öz sözünü deyir.

Məktəblərin koronavirusun yayılması üçün əlverişli mühit olduğunu nəzərə alsaq, bu, yoluxma sayının artması ehtimalını da qüvvətləndirir. Bundan başqa yanaşı xəstəliyi olan məktəblilər üçün yoluxmanın daha riskli olacağı düşünülür.

Maraqlıdır, məktəblilər COVID-19 əleyhinə vaksinasiyaya cəlb edilə bilərlərmi? Vaksinasiyanın uşaqlar və yeniyetmələr üçün əks təsirləri var?

Mövzu ilə bağlı Sfera.az-a danışan pediatr Sevda Novruzova uşaqların vaksin olunmasında hansısa problemin olmadığını deyib. Həkimin sözlərinə görə, yanaşı xəstəliyi olan uşaqların virus əleyhinə peyvənd olunması daha yaxşı olar:

"Xroniki xəstəliyi olan uşaqların immun sistemi həmyaşıdlarına nisbətən daha zəif olur. Bu baxımdan kollektiv içərisində olan uşaqlarda xəstəliyi olan azyaşlılara tez-tez rast gəlirik. Ona görə də belə uşaqların koronavirus əleyhinə peyvən olunması yaxşı olardı. Vaksinasiyanın uşaqlar üçün heç bir yan təsiri olmaz, əksinə, bədəndə antitel əmələ gələr, yoluxma riski az olar və yoluxduqları təqdirdə xəstəliyi yüngül keçirərlər. Əvvəlki dövrdə də uşaqlara xəstəliklərin qarşısını almaq üçün peyvənd tətbiq edilib, burada qorxulu nəsə yoxdur".

Mütəxəssis 14 yaşdan yuxarı yeniyetmələrin xəstəliyi nisbətən ağır keçirdiyini qeyd edib:

"Peyvənd uşaqlara tətbiq edilərsə yaş limitinin elə bir fəqi yoxdur. Lakin indi daha çox 14 yaşdan yuxarı yeniyetmələr koronavirusa yoluxur və nisbətən ağırlaşma olur. Azyaşlı uşaqlarda isə əlamətlər 2-3 gün ərzində hiss olunur və xəstəlik yüngül keçir. Bu baxımdan 14 yaş və bu yaşın üstündə olan yeniyetmələrin peyvənd olunması arzuolunandır".

Əzizə Zeynal

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR